Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
13.11.2018

AMEA-da “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçirilib

AMEA-nın Əsas binasında Folklor və Ədəbiyyat institutlarının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçirilib.

Konfransı Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq tədbirin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. O, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində yeni - demokratik respublika mərhələsinin başlanğıcı olduğunu söyləyib. Qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin rəhbərliyinin diqqət yetirdiyi başlıca məsələlərdən biri də milli mədəniyyətin yaranması və qorunub saxlanması olub.

M.İmanov qısa zamanda bu istiqamətdə önəmli işlərin görüldüyünü, Novruz bayramının ölkə miqyasında qeyd olunduğunu, milli musiqilərimizin ifa edildiyi "Türk gecələri" adlı konsert proqramlarının təşkil edildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkə başçısının sözügedən Sərəncamından irəli gələrək akademiyada 20-dən artıq tədbirin keçirildiyini bildirib. O, növbəti ay AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunan yekun konfransın keçiriləcəyi barədə iştirakçılara məlumat verib.

Konfransın mövzusuna toxunan İ.Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini deyib. Qeyd edib ki, "Kitabi Dədə Qorqud", o cümlədən "Koroğlu" dastanlarında dövlətin bütün zəruri atributlarını tapmaq mümkündür. Akademik milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadılmasının AXC-nin yaranması üçün zəruri mənəvi əsas formalaşdırdığını bildirib.

AMEA-nın vitse-prezidenti respublikada milli-mənəvi dəyərlərin, o cümlədən azərbaycançılıq və milli dövlətçilik ideyalarının elm və ədəbiyyatda təzahürü istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Tədbirdə, həmçinin Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.e.d. İslam Sadıqın "Dədə Qorqudda dövlət, onun quruluşu və idarə edilməsi", Ədəbiyyat İnstitutunun şöbə müdiri, fil.ü.e.d., professor Tahirə Məmmədin "Meydan tamaşalarında dövlət idarəçilik sistemi ilə bağlı motiv və elementlər" və həmin müəssisənin aparıcı elmi işçisi, fil.ü.e.d., professor Pərvanə Bəkirqızının "Milli kimliyimizə və dövlətçiliyimizə yönələn erməni təcavüzünün bədii mətndə folklor motivləri ilə ifadəsi (Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanı, "Teymurlar" povesti əsasında)" mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. İclaslarda folklorda dövlətçilik ənənələrinin təzahürü, folklorda milli dövlətçilik etiketləri, milli bayramlar, folklorda etnosun total davranış formulu və özünütəşkiletmə modelləri, folklor və qanunvericilik və s. məsələlər müzakirə olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.