Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
02.11.2018

Folklor İnstitutunda görüş

Noyabrın 2-də Türkiyə Respublikasından gəlmiş tanınmış folklorşünas alimlər - prof. Nail Tan və prof. Hayrettin İvgin, Avrasiya Qurumunun rəhbəri, Antalya şəhərinin keçmiş valisi Bahreddin Güney, Azərbaycan Texniki Universitetinin professoru, “Vektor” nəşrlər evinin rəhbəri, şair-alim Elçin İsgəndərzadə AMEA Folklor İnstitutunun qonağı olublar. Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonaqları səmimi qarşılayıb, bu yaxınlarda onlarla Qırğızıstanda birgə iştirak etdiyi konfransla bağlı zəngin səfər təəssüratlarını bölüşüb. Görüşdə Türk dünyasının ortaq lətifə qəhrəmanı Molla Nəsrəddin, aşıq sənəti, dastanlar və s. məsələlərlə bağlı maraqlı fikir mübadiləsi olub.


Habelə M.Kazımoğlu-İmanov “Dastan gecələri” layihəsi əsasında bir neçə dastanın ictimaiyyətə tədqim olunması barədə söhbət açıb, gələcəkdə Qars-Ərdahan bölgəsinin aşıqları ilə də yaradıcı əlaqələrin qurulacağına ümid etdiyini bildirib. Qonaqlar bu məsələ ilə bağlı lazımi köməklik göstərəcəklərini bildirib, Muxtar Kazımoğlu-İmanova kitablarını təqdim ediblər. Muxtar Kazımoğlu-İmanov da Folklor İnstitutunda nəşr olunmuş yeni kitablardan, buraxılmış disklərdən qonaqlara hədiyyə verib. Görüşdə Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sönməz Abbaslı da iştirak edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.