Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
26.10.2018

Turan sevdalısı Cavid əfəndi

Oktyabrın 13-də AZTV-nin efirində yayımlanan “Turan” verilişinin növbəti buraxılışı görkəmli Azərbaycan ədəbi Hüseyn Cavidə və Cavidlər ailəsinə həsr olunub. Verilişdə Hüseyn Cavidin Naxçıvan şərəhində yerləşən Ev Muzeyi, orada saxlanılan eksponatlar haqqında ətraflı məlumat verilib. “Zülmətdə nur” tamaşasının video yazısından bəzi kadrlar göstərilib.

Tamaşanın müəllifi, AMEA Folklor İnstitutunun Azsaylı xalqların folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Nizami Məmmədov (Nizami Muradoğlu)Hüseyn Cavid, Cavidlər ailəsi haqqında ətraflı söhbət açaraq bildirib ki, oktyabr ayı “Cavidlər ayı” adlanır. O, deyib ki, Hüseyn Cavid Türk dünyasının dahilərindən, Turançılıq ideyasının öndərlərindən biridir.

Müsahib həm də ssenari müəllifi olduğu “Zülmətdə nur” tamaşası haqqında da geniş məlumat verib. Xatırladaq ki, bu ilin mart ayında premyerası Sumqayıt Dram Teatrında keçirilən tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmovdur. Əsər 37-ci il repressiyalarının hədəfinə tuş gəlmiş mütəfəkkür şair-dramaturq Hüseyn Cavidin, o cümlədən dövrün tanınmış aydınları Əhməd Cavadın, Mikayıl Müşfiqin həyatına işıq salır.

Ssenari müəllifi deyib ki, tamaşanın Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində, respublikanın müxtəlif bölgələrində, həmçinin Türkiyə səhnəsinə çıxarılması planlaşdırılır.

Verilişdə həmçinin, Nizami Muradoğlunun Hüseyn Cavid haqqında yazdığı “Hüseyn Cavid”, “Yaşayan Cavidlər”, “Bu dünyanın məzarları ağlamaz” kitabları haqqında ətraflı müzakirələr aparılıb.

 
 
 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.