Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
19.10.2018

“İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika” mövzusunda seminar keçirilib

Folklor İnstitutunun təşkilatçılığı ilə AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika”mövzusunda elmi seminarı keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə Folklor İnstitutunun əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, o cümlədən KİV nümayəndələri iştirak ediblər.

Seminarı filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy açaraq son illərdə İnternetin həyatımızın bir parçasına çevrilməsilə folklorşünaslıq elminin də yenidən canlandığını, inkişaf etməkdə olduğunu söyləyib. Qeyd edib ki, bu gün Yaxın Şərqdə baş verən münaqişələr sosial şəbəkələr vasitəsilə alovlandırılıb və ona görə də İnternet folklorunun tədqiq edilməsi olduqca vacibdir.

S.Rzasoy, həmçinin Azərbaycan alimlərinin dünya folklorşünaslığında baş verən proseslərdə aktiv iştirakının zəruriliyini vurğulayıb, əldə olunan nailiyyətləri mütəmadi beynəlxalq ictimaiyyətə təqdim etməyin önəminə toxunub.

Sonra H.Quliyevin məruzəsi dinlənilib. O, əvvəlcə müzakirə olunan problemin folklorşünaslıq elmi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, şəhərləşmə, sənayeləşmə, modernləşmə və qloballaşma zəminində ənənəvi folklorun transformasiyaları, rəqəmsal texnologiyaların mövcudluğu şəraitində onun yeni sosial mühit və şərtlərə uyğunlaşması kimi məsələlər son illər dünya folklorşünaslığının qarşısına fundamental suallar qoyub.

Onun sözlərinə görə, foklorşünaslığın bir elm kimi formalaşdığı XIX əsrin ikinci yarısı ənənəvi cəmiyyətlərin texno-industrial cəmiyyətlərlə əvəz olunması prosesləri ilə eyni dövrə təsadüf edir: "Bu mərhələdə folklor fəlsəfi-metodoloji baxımdan daha çox “keçmiş” kontekstində, “ötən günlər barədə xatirələr” kimi araşdırılırdı. Lakin gerçəkliyin, sosial həyatın ritminin dəyişməsi, kəndin şəhərə doğru miqrasiya etməsi – monokulturoloji mühitdən polikulturoloji mühitə keçidin baş verməsi, həmçinin qapalı sosial mühitlərdən açıq sosial mühitlərə doğru istiqamətlənmiş proseslərin sürətlənməsi folklorun aktuallaşma imkanlarında dəyişiklik etməklə yanaşı, özünə münasibətdə yeni baxışı zəruri edib. Xüsusilə də cəmiyyətin digər sferalarında baş verən proseslər – sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi və dəyişikliklər folklorun öyrənilməsi üçün yeni nəzəri baxış və yanaşmaların müəyyənləşdirilməsini əsas prioritetə çevirib".

Alim qeyd edib ki, belə bir şəraitdə folklora dinamik sosial şərtlər və proseslər zəminində yanaşılması, onun ən müxtəlif situasiya və şəraitə adekvatlıq keyfiyyətinin müəyyənləşdirilməsi, müxtəlif maraq və ortaq dəyər əsasında formalaşan ayrı-ayrı qrupların dünyagörüş və arzularını ifadə etməsi barədə qənaətlərin irəli sürülməsi onun keçmiş müstəvisində öyrənilməsini aradan qaldırmaqla yanaşı, yeni folklorşünaslığın əsas tezis və postulatlarına çevrilib.

H.Quliyev vurğulayıb ki, İnternetin meydana gəlməsi və cəmiyyətin həyatına sürətlə nüfuz etməsi, onun müasir kommunikasiyanın əsas lokomotivinə çevrilməsi folklorşünaslığı tamamilə yeni reallıqlarla üz-üzə qoyub. Xüsusən, İnternetin interaktiv ünsiyyət imkanlarının, yəni “web 2.0.” texnologiyasının ortaya çıxmasından sonra virtual mühit folklor proseslərinin də daha sürətli və özünəməxsus şəkildə aktuallaşması üçün geniş imkanlar yaradıb.

Alim sosial şəbəkələrin, forum və saytların uzunmüddətli istifadə üçün imkanlar təqdim etməsi, şəxsi profil və səhifələrin yaranması, “söhbət otaqlarının” artması nəticəsində virtual “həyatın”, virtual “ömrün” təməllərinin formalaşdığını diqqətə çatdırıb. O, bütün baş verən bu dəyişikliklər kontekstində virtual mühitin folklorun yeni transformasiyaları üçün mühüm məkana çevrildiyini söyləyib: "Folklorun taleyi barədə bütün pessimist proqnozlara baxmayaraq, zamanla aydın oldu ki, virtual mühit, əslində onun daha sürətli və fərqli formalarda yayılması üçün münbit şərait təqdim edib. Daha çox müvəqqəti, ötəri hadisə və olaylara ənənəvi münasibət şəklində ortaya çıxan İnternet folkloru nümunələrinin qaynağı real sosial proseslər olmaqla bərabər, həm də sosial medianın gündəmini təşkil edən xəbərlərdir".

Daha sonra məruzəçi İnternet folklorunun araşdırılması zamanı məsələyə üç əsas istiqamətdə - arxivləşdirilmiş, eləcə də real sosial mühitdə, o cümlədən virtual-kommunikativ prosesdə yaranan folklor nümunələrinə diqqət yetirməyin vacibliyini bildirib. Onun sözlərinə görə, belə nümunələr öz forma və məzmunları, ideya və konseptləri baxımından tamamilə yeni reallığa söykəndikləri üçün onların spesifik təbiəti alınmaqla müasir nəzəri-metodoloji yanaşmalar əsasında tədqiqi olduqca zəruridir.

Alim vurğulayıb ki, hazırda dünya folklorşünaslığında hər üç istiqamət üzrə geniş tədqiqatlar aparılmaqdadır.

İnternet folkloruna virtual sosial-mədəni şərtlər və folklorik dinamika kontekstində yanaşmağın aktuallığından danışan H.Quliyev qeyd edib ki, əslində, folklorun meydana gəlməsi, ötürülməsi və qavranılması birbaşa olaraq sosial şərtlərlə bağlıdır. Sosial şərtlərin araşdırılması folklorun mənasının, funksional və dinamik semantikasının, yönəldiyi hədəflərin, özündə əks etdirdiyi kollektiv maraq və rəylərin, fəlsəfi və ideoloji konseptlərin daha dərindən təhlil olunması üçün geniş imkanlar açır. Xüsusilə də, hazırki məqamda – rəqəmsal texnoloji vasitələr hesabına virtual mühitdə sosial-mədəni proseslərin cərəyan etdiyi bir vaxtda, sosial şəbəkə, forum və saytlarda insan fəaliyyətinin anbaan qeydə alındığı, davranış və düşüncələrin paylaşıldığı, müxtəlif zəruri parametrlərin bir araya gəlməklə folklor proseslərini canlandırdığı bir şəraitdə sosial şərtlərin və folklorik dinamikanın araşdırılması, heç şübhəsiz ki, İnternet folklorunun tədqiqinin prioritet istiqamətlərindəndir.

H.Quliyev daha sonra İnternet folklorundan bir sıra nümunələri əyani göstərib.

Sonda müəllif bildirib ki, virtual sosial-mədəni şərtlər və folklorik dinamika kontekstində İnternet folklorunun öyrənilməsi bir tərəfdən yeni prosesin dərkinə xidmət edirsə, digər tərəfdən xalq biliyinin və xalqın folklor qrupları, onların kollektiv maraq və rəylərinin öyrənilməsi üçün geniş imkanlar yaradır.

Daha sonra Hikmət Quliyev folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib.

Məruzə ətrafında AMEA Rəyasət Heyətinin elmi katibləri, filologiya üzrə fəlsəfə doktorları - Sərxan Xavəri, Səfa Qarayev, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov, Bakı Dövlət Universitetinin əməkdaşı Anar Fərəcov və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir elmi çağırışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilməsi zərurətini qeyd edibər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.