Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

BALKAN TİP TARİHİ VƏ ETİĞİ KONQRESİ

Türkiyə dövlətinin İstanbul şəhərində oktyabrın 11-də dünyamiqyaslı konfrans keçirildi. Bu konfrans İstanbul Universitetinin Cərrahpaşa Tip fakültəsinin korpusunda yerləşən konfrans zalında oldu. Konfransın başkanları elmlər doktoru prof. Ayşəgül Dəmirhan Ərdəmir və elmlər doktoru Prof. İbrahim Başagaoğlu idi. Konfransın ilkin açılışı İstanbul universitetinin rektoru elmlər doktoru prof. Yunus Söylət qonaqları salamladı və konfrans haqqında məlumat verdi. Bu konfrans, Türk Tip Tarihi Qurumu, Balkan Tip Fəlsəfəsi və Tarixi dərnəg, Tip əxlaqı, mədəniyyəti haqqında keçiriləcək konfrans materialları aid olduğunu söylədi. Konfransa dəvət edilən bəzi ölkələrdən olan alimlərə uğurlar, öz sayqılarını bildirdi. Bu arada Edim və İstanbulun tarixi yerləri gəzintisi haqqında da məlumat söylədi. Sonra söz buranın tanınmış cərrah Paşa tip fakültəsinin dekanı elmlər dok. prof. Əsin Kahya, elmlər dok. Ratıp Kazancıgil və elmlər dok. prof. Spyras G Marketos (Balkan Tip Tarihi və Fəlsəfəsi Dərnəgi Başkanı) bu alimlərdə konfrans iştirakçılarını salamladılar və işlərində uğurlar arzuladılar. Bizdən isə mən (Həkimova Nübar Mürsəl qızı) və mənimlə birgə olan iş yoldaşım Elmira Sərxanlı iştirak edirdi. Mən də öz çıxışımda konfransı təşkil edən və məni dəvət edən Ayşəgül xanıma xüsusi minnətdarlığımı bildirdim və AMEA Folklor İnstitutunun direktoru və kollektivi adından salamlarımı çatdırdım. İnstitututda nəşr olunan yeni kitabları ona təqdim etdim. Mənim çıxış etdiyim mövzu «Azərbaycan filosolarının əsərlərində tibbə münasibət» idi.
Bir nеçə min il bundan əvvəl Azərbaycanda yaşamış insanlar artıq tibbi biliкlərə maliк idilər. Qədim zamanlarda Azərbaycan təbabətində türк şamançılığı ilə bağlı müalicə üsulları da gеniş yayılmışdı. Dahi Əbu Əli Ibn Sina (980-1037) da dəfələrə Azərbaycanda оlmuş və buradan tibbi məlumatlar tоplamışdı. Böyüк Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani (vəf.1067-ci il) də Ibn Sinanın tələbəsi idi. Fəlsəfəyə aid “ət-Təhsil” (“Idraк”) əsərində Bəhməryar bir sıra tibbi mövzulara da tохunur. Kafiyəddin Ömər ibn Osman ХII əsrdə yaşamış məşhur Şirvan həкimlərindən biridir. Azərbaycan təbibi Mahmud ibn Ilyas «Кitabül-havi fi еlmül-mədavi» («Tibb еlmini tam əhatə еdən кitab») əsərini yazmışdı. Marağa rəsədхanasının banisi və rəhbəri Nəsirəddin Tusi (1201-1274) minеrallardan və başqa təbii müalicə vasitələrindən bəhs еdən “Risalеyi-tibb” (“Tibb risaləsi”) və “Cəvahirnamə” (“Qiymətli daşlar haqqında кitab”) əsərlərinin müəllifidir.
Məhəmməd Füzulinin bir sıra əsərlərində, хüsusilə “Səhhət və mərəz” (“Sağlamlıq, və хəstəliк”) və “Söhbətül-əsmar” (“Mеyvələrin söhbəti”) pоеmalarda tibbi mövzulardan gеniş bəhs оlunur, о dövrün tibbi fəlsəfəsi açıqlanır.
Oktyabrın 11-15-nə qədər bizə çox sevgi dolu rəğbət göstərdilər. Burada mən Mersin şəhərində iştirak etdiyim konfransda tanış olduğum bəzi alimlərlə rastlaşdım. Çox sevindim. Onların mənə sevgi dolu münasibətlərini bildirərək daha da məni doğmalaşdırdı. Mersindən Oya xanım, Rəna xanım, Antaliyadan prof. İsmayıl Yakut, Ankaradan prof. Seval, Polşadan akademik prof. Miladin Anastolok, İstanbuldan prof. Aytən xanım və s. təkrarən onları görmək məni sevindirdi. Bu 5 gün ərzində İstanbul Universitetinin cərrahpaşa Tip fakültəsində «Tezhip və Miniatür» Sərgisinin açılışında da iştirak etdik. Sərgidə yer alan əsərlər xüsusi öz yerini tuturdu. Sonra bizə bu universitetin tərkibində olan klassik muzik də dinlədik. Sonda isə öz konfrans mövzumuzla bağlı institutut rəhbərliyi tərəfindən diplomlar təltif edildi.
Sonra şəkillər çəkdirmək, edirnə gəzintisi, Hasaki Darüşşiasını ziyarəti etdik. 11-15 keçirilən konfrans bizə bir ziyalı kimi xoş təəssürat bağışladı.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.