Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
02.10.2018

Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib

Sentyabrın 28-də R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin VI Qurultayı keçirilib. Qurultayı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov açaraq aşıq sənəti haqqında məlumat verib. Azərbaycan Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini deyən R.Hüseynov bu gün altıncı qurultayın gerçəkləşməsini əlamətdar hadisə hesab edib. Bildirib ki, aşıq sənəti, həm də millətin böyük amallarının ifadəsidir. “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur”,- deyə R.Hüseynov söyləyib.
Sonra Qurultayın mandat komissiyasının sədri, fil.ü.f.d. Elxan Məmmədlinin hesabatı dinlənilib.


Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin son illərdəki fəaliyyət istiqamətlərindən danışıb. Nazir vurğulayıb ki, ölkəmizin bölgələrində yerləşən musiqi məktəblərində saz sənəti öyrədilir, tədris olunur, proqrama daxil edilir. Bütün bunlar bu sənətin gələcək nəsillər tərəfindən qorunmasına, yaşadılmasına hesablanmış addımdır.
Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək rəhbərlik etdiyi qurumun son illər gördüyü işlərdən danışıb. Vurğulayıb ki, son illər ölkəmizdə aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi, araşdırılması, inkişaf etdirilməsi, gənclərin bu sənətə istiqamətləndirilməsi yönündə dövlət tərəfindən mühüm işlər görülür. Sözsüz ki, bu işlərin ardıcıl və sistemli şəkildə aparılmasında Azərbaycan Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət düşür. Natiq deyib ki, son dövrlər milli-mənəvi dəyərlərimizə, o cümlədən də aşıq sənəti ilə bağlı olan tarixi dəyərlərimizə ölkəmizdə böyük həssaslıqla yanaşılır və qayğı göstərilir. Bildirib ki, bu gün aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir. Bu sənət dövlətçiliyə bağlı olan sənətdir.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov çıxışında aşıq sənətinin Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsi olduğunu, bu sənətin müxtəlif mərhələlərdən keçdiyini, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirdiyini bildirib. Habelə akademik çağdaş dövrdə xüsusən gənc aşıqların ənənə əsasında yetişməli olduğuna diqqət çəkib. O, xalq artisti Bülbülün 1961-ci ildə yazdığı məqaləsindən sitat gətirərək böyük sənətkarın aşıq ansambllarının əleyhinə olmadığını, ancaq aşıqların ilk növbədə ənənəyə sadiq qalmaqla ayrı-ayrılıqda yetişməli, yaradıcılıq yolu keçməli olduğunu vurğulayıb, bu yöndə qənaətlərini bölüşüb.


Akademik M.Kazımoğlu-İmanov artıq neçə aydır Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan “Dastan gecələri” layihəsindən də danışıb, aşıq sənətini sevənləri tədbirlərdə ardıcıl, fəal iştirak etməyə çağırıb.
Xalq şairi Nəriman Həsənzadə, şair Əli Kafkasyalı, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, professor Qəzənfər Paşayev, aşıqlar Mahmud Məmmədov, Ulduz Quliyeva, Samirə Əliyeva və digər çıxış edənlər qurultayın əhəmiyyətindən söz açıb, aşıq sənətinin humanitar mədəniyyət strategiyasındakı rolunu vurğulayıblar.
Qurultayda Əməkdar elm xadimi Məhərrəm Qasımlı səsvermə yolu ilə yenidən Azərbaycan Aşıqlar Birliyinin sədr seçilib.
Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..