Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
20.09.2018

"Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər" mövzusunda seminar keçirilib

Folklor İnstitutunun təşkilatçılığı ilə AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin "Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər" mövzusunda elmi seminarı keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə Folklor İnstitutunun əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim və tələbə kollektivi, doktorant və dissertantlar, KİV nümayəndələri iştirak ediblər.

Seminarı AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri açaraq S.Qarayevin son dövrlərdəki araşdırmalarından söz açıb. Bildirib ki, o, dünya folklorşünaslığının inkişaf tendensiyaları ilə bağlı orijinal, elmi müzakirələrə səbəb olan mühüm tədqiqatlar ortaya qoyub, əsərlər yazıb. Məruzənin olduqca aktual olduğunu deyən S.Xavəri seminarın mövzusu ilə bağlı tezislərin beynəlxalq miqyasda ABŞ alimləri ilə müzakirə edilərək hazırlandığını diqqətə çatdırıb.

Sonra S.Qarayevin elmi məruzəsi dinlənilib. Bildirib ki, folklorda məna konsepti son illər dünya folklorşünaslığının aktual elmi istiqamətlərindən birini təşkil edir. O, nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daima dəyişən məna konseptinin bu və ya digər aspektlərinin Alan Dandes, Elliot Orinq, Saymon Bronner, Benqt Holbek və Lats Röhrik kimi tanınmış tədqiqatçılar tərəfindən araşdırıldığını vurğulayıb.

S.Qarayev dünya folklorşünaslığının ümumi inkişaf tendensiyalarına uyğun olaraq müasir mərhələdə Azərbaycan folklorşünaslığında da bu problemin aktuallaşdırılmasının zəruriliyini bildirib: "Folklorşünas alimlərin tədqiq etdikləri müxtəlif elmi problemlərin daha da dərindən anlaşılması üçün məna konsepti xüsusi əhəmiyyətə malikdir. Çünki kollektiv ünsiyyət prosesində folklor faktının sosial qrup və fərdi maraqlarla uzlaşması onun özündə ehtiva etdiyi çevik məna dinamikası ilə bilavasitə əlaqədardır".

S.Qarayev folklorda məna anlayışına üç aspektdən - mədəniyyətin özündə, fəlsəfi-psixoloji yanaşma kontekstində, eləcə də tədqiqatçıların aşkarlama və yaxud şərhlər əsasında müəyyənləşdirdiyi məna konseptindən baxmağın mümkün olduğunu deyib.

Strukturalist və psixoanalitik folklorşünasların məna axtarışı konseptindən danışan alim vurğulayıb ki, bu nəzəri yanaşmalar müstəvisində folklor faktının mənası onun yaranmasına və aktuallaşmasına təsir edən faktorlar kontekstində dəyərləndirilir: "Bu istiqamətdə olan tədqiqatlarda məna folklorik faktı yaradan psixoloji, sosioloji və kulturoloji səbəblərin, söyləyici və sosial mühitə bəlli olmayan kontekstin aşkarlanması şəklində araşdırılır".

Əsasən 70-ci illərdən sonra meydana gələn postrukturalizmin məna axtarışı məntiqinə diqqət yetirən müəllif qeyd edib ki, bu araşdırmalarda mənalar daha çox şərhlər formasında müəyyənləşdirilir, bu yanaşmalarda folklor prosesləri bir-birindən fərqli, bəzən də bir-birinə zidd şəkildə şərh olunur.

Daha sonra S.Qarayev bildirib ki, fərqli məktəblərə aid olan tədqiqatçılar əsasən 4 yanaşma üsulundan istifadə etməklə folklor faktının mənasını müəyyənləşdirməyə çalışıblar: "Birinci qrup tarixi inkişafın və orijinal formanın rekonstruksiyası ilə mətndən məna çıxarmaq istəyən alimlər qrupunu əhatə edir. İkinci qrupa mətn söyləyicisi və auditoriyanın sosial və mədəni vəziyyətindən məna çıxarmağa çalışan şərhçilər aiddir. Üçüncü qrupa folklor faktındakı mənanı düşüncənin tədqiqi ilə əldə etmək istəyən şərhçiləri əhatə edir. Dördüncü qrupa isə mənanı təhkiyə, yaxud konseptual strukturdan əldə etməyə çalışan şərhçilər aiddir".

Folklor faktlarının mənasının öyrənilməsində etik və emik yanaşmaların spesifik mahiyyətinə toxunan məruzəçi qeyd edib ki, etik yanaşma mənaların tədqiqatçı və müşahidəçilərin baxışları kontekstində öyrənilməsini əhatə edir, bu zaman mədəni faktlar elmi müstəviyə aid olan terminlər və müşahidəçinin nəzəri görüşləri əsasında təhlilə cəlb olunur: "Emik yanaşma isə mənaların onun öz aktyorlarının baxış və yanaşmaları kontekstində öyrənilməsidir".

S.Qarayev elmi araşdırmaların daha effektiv aparılmasının məhz bu iki yanaşma arasındakı balansın qorunması sayəsində mümkün olduğunu söyləyib.

Daha sonra alim "mədəniyyətin güzgüsü", "cəmiyyətin gözü", "davranışların açarı", "düşüncənin proyeksiyası" kimi çoxparametrli xüsusiyyətə malik olan folklorik mənanın anlaşılması üçün onu şərtləndirən faktorların sistematik dəyərləndirilməsinin vacibliyindən söz açıb. Folklordakı mənaların fərdi faktorlardan, qrup maraqlarından, mövqe statusundan və performans kontekstindən asılılığına diqqət yönəldən alim eyni bir folklor faktının tarixi zamanla, o cümlədən fərqli sosial qrupların maraqları ilə şərtləndiyini vurğulayıb.

S.Qarayev qeyd edilənlərə əyani nümunə olaraq Avropada çox geniş yayılan və fərqli yanaşmalar kontekstində tədqiqata cəlb edilən "Usta Manola haqqında" əfsanəsindən danışıb. Bildirib ki, əfsanə Avropada millətçi baxışlar, ritualist yanaşmalar və metaforik-psixoloji oxunuşlar əsasında daim diqqət mərkəzində saxlanılıb. Bundan əlavə, Avropanın müxtəlif xalqlarında rast gəlinməsinə baxmayaraq, hər bir millətçi folklorşünas onu öz regionu ilə əlaqələndirməyə çalışıb: "Ritualist yanaşmalar mətnin bəzi faktlarının semantikasını izah etmək gücündə deyil. Metaforik oxunuş isə mətnin bütün variantlarına cavab verməklə yanaşı, sözügedən əfsanə mətninin sosial-mədəni mühitdəki komplekslərin simvolik ifadəsini aşkarlayır".

Daha sonra S.Qarayev sosial-mədəni kontekstin nəzərə alınması şərtilə metaforik-simvolik oxunuş əsasında mənanın aşkarlanmasına nümunə kimi Azərbaycan ərazisində geniş yayılmış "Yeddi qardaş ilan" haqqında inanc və əfsanə mətnlərini qeyd edib. Bildirib ki, sosial-mədəni davranış və münasibətlərin analizindən aydın olur ki, ilanlarla bağlı mətndə söhbət cəmiyyətin özündə "qardaşın öz qardaşının qisasını almaq məcburiyyətində olması" ilə bağlı dünyagörüşün simvolik ifadəsindən gedir. Müəllif vurğulayıb ki, elmi-nəzəri yanaşmalar kontekstində məna ənənəvi mədəniyyəti dərk etmək üsulunu təcəssüm etdirirsə, mədəniyyətin özündə bu, folklorun mövcudluq şərti kimi anlaşılmalıdır.

Sonda S.Qarayev folklorşünas alimlərin qaldırılan problemlərlə bağlı suallarına cavab verib, geniş müzakirələr aparılıb.

Mövzu ətrafında AMEA Rəyasət Heyətinin elmi katibi Hikmət Quliyev, filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə və digərləri çıxış edərək mövzunun aktuallığını, müasir elmi çağırışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini qeyd ediblər.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..