Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
14.09.2018

“UNUDULAN SÖZLƏR YAŞADILSIN: “DİVANÜ LÜĞAT-İT TÜRK”

ADLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron zalında “Unudulan sözlər yaşadılsın: “Divanü lüğat-it türk” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbir AMEA-nın Folklor İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil olunub.

Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycanla Türkiyənin elmi əlaqələrindən danışıb, bu əlaqələrin daha da genişlənməsinin vacibliyini bildirib. Qeyd olunub ki, konfrans Azərbaycan və türk dillərinin inkişafı prosesində unudulmuş sözlərin dilə təkrar qazandırılması probleminə həsr edilib. Cəmiyyətdə dilin mühüm rolundan söz açan alim onun daim inkişaf etdirilməsinin, zənginləşdirilməsinin əhəmiyyətini vurğulayıb. İ.Həbibbəyli Mahmud Kaşğarinin yaradıcılığını yüksək dəyərləndirib, onun bu günümüz üçün də aktual olduğunu bildirib: “İftixarla demək olar ki, türk dünyası dünya mədəniyyətinə çox nəhəng şəxsiyyətlər bəxş edib. Mahmud Kaşğari bu şəxsiyyətlərin öndə gedənlərindəndir. Mahmud Kaşğarinin "Divani-lüğət-it türk" əsərini bütün türk xalqlarının ensiklopediyası adlandıra bilərik. Bu əsər Azərbaycanda 4 cilddə çap olunub, çoxsaylı elmi tədqiqatların obyekti seçilib. Bu konfransda qardaş Türkiyə Cümhuriyyətinin alimləri ilə bir daha bu xəzinəni araşdıracağıq”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, dilin daxili resurslar hesabına zənginləşməsi prosesində folklor, dialekt və şivələr, ana dilimizdə yazılmış əski abidələr əhəmiyyətli mənbə rolu oynaya bilər. Bu baxımdan Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı “Divanü-lüğat-it türk” adlı əsəri dil ensiklopediyası, türk dillərinin dialektoloji lüğəti və türkcə ədəbi mətnlər fondu olmaqla böyük dəyər daşıyır: "M.Kaşğari yalnız dahi dilçi deyil, böyük filosofdur, tarixçidir, etnoqrafdır. Türk ellərini gəzib, tarixi bir əsər yaradıb. Bu nöqtədən intibahımıza baxanda məlum olur ki, Baba Kuhi adlı bir azərbaycanlı M.Kaşğarinin gördüyü işi görüb. Minlərlə hekayələr və qissələr toplayıb, onları sistemləşdirib. Onların böyük qismi bizə ərəbcə gəlib çatıb, toplanan mənbələr isə türkcədir. Biz bəzən Avropa modelləri qarşısında çaşırıq, çaşqınlığımız gedəndən sonra məlum olur ki, Şərq intibahının özünəməxsus cəhətləri var. O intibahın ən böyük nümayəndələrindən biri Mahmud Kaşğaridir. Onun “Divan”ı türk dillərinin, demək olar, hamısını əhatə edir: 40-a yaxın dilin, 9 mindən çox sözün materialı əsasında yazılıb. Konfrans iştirakçılarına uğurlar arzulayıram. Qoy, Mahmud Kaşğariyə uzanan yol, ən qədim dövrlərə uzanan yol olsun, bilmədiyimiz sirləri aşkara çıxarsın".

Konfransda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin layihə rəhbəri Selma Koseoğlu, Hacettepe Universitetinin kafedra müdiri, professor Özkul Çobanoğlu, Ankara Universitetinin kafedra müdiri, professor Üçler Bulduk və digər alimlər mövzu ilə bağlı fikirlərini söyləyiblər. Alimlər birgə elmi araşdırmalar aparılmasının səmərəli olacağına əminliklərini bildiriblər. Sonra bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.