Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
11.07.2018

“MUXTAR KAZIM OĞLU İMANOV. BİOBİBLİOQRAFIK GÖSTƏRİCİ” İŞIQ ÜZÜ GÖRÜB

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu – İmanovun həyatı və elmi yaradıcılığına həsr olunmuş “MUXTAR KAZIM OĞLU İMANOV. BİOBİBLİOQRAFIK GÖSTƏRİCİ” işıq üzü görüb. (Muxtar Kazım oğlu İmanov [Mətn]. Bakı: Elm, 2018, 129 s.).
AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan kitabın tərtibçisi AMEA Folklor İnstitutunun böyük elmi işçisi Nailə Əskər, elmi redaktoru Kəmalə Məmmədovadır.
Biobiblioqrafik göstərici akademik Muxtar Kazım oğlu İmanovun həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biobiblioqrafiyasını - kitab, məqalə və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri və s. əks etdirir. Göstərici folklorşünaslıq və əbədiyyatşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Akademik Muxtar Kazımoğlu-İmanovun əsərlərinin biobiblioqrafik göstəricisi 1972-2018-ci illəri əhatə edir. Burada Muxtar Kazımoğlu-İmanovun həyatı, yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixlərinə diqqət yetirilib.
Biobiblioqrafik göstəricidə Muxtar Kazımoğlu-İmanovun monoqrafiyaları, tərtib etdiyi və nəşrə hazırladığı kitablar; elmi simpozium, konqres, konfrans, sessiya materiallarında, dövri mətbuat səhifələrində, ədəbi-bədii toplularda çap olunmuş elmi, publisistik və ədəbi yazıları; bədii tərcümələri; müsahibələri, həmçinin alimin elmi rəhbər, rəsmi opponent olduğu və rəy verdiyi dissertasiyalar qeyd olunub.
M.Kazımoğlu-İmanovun türk və rus dillərindəki məruzə, məqalə və tezislərinin çap olunduğu kitabların, redaktə etdiyi, rəy verdiyi kitabların adları da vəsaitdə öz əksini tapıb. M.Kazımoğlu-İmanovun Azərbaycan elminin inkişafında rolu, xüsusən AMEA Folklor İnstitunun direktoru olduğu illərdəki fədakar əməyi unudulmayıb, həyatı, yaradıcılığı haqqında Azərbaycan və əcnəbi alimlər tərəfindən müxtəlif səpkidə yazılmış məqalələrin adları vəsaitdə ayrıca bölmədə yer alıb. Biblioqrafik göstəricidə bütün materiallar bölmələr üzrə ayrılıb, qruplaşdırılıb və xronoloji qaydada daxili əlifba ardıcıllığı ilə yerləşdirilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda M.Kazımoğlu-İmanovun əsərlərinin, həmçinin müştərək müəlliflərin əlifba göstəriciləri də təqdim edilib.
M.Kazımoğlu-İmanov 2011-ci ildən AMEA Folklor İnstitutunun direktorudur. Ədəbiyyatşünaslıq və folklorşünaslıq sahələrində tanınmış alimdir. Onun Azərbaycan nəsrində psixologizmin bədii əksetdirmə prinsipi kimi modelləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, həmçinin folklorşünaslığın aktual problemlərinə həsr edilən 9 elmi kitabı - Müasir Azərbaycan nəsrində psixologizm (Bakı: Elm, 1991); Gülüşün arxaik kökləri (Bakı: Elm, 2005); Xalq gülüşünün poetikası (Bakı: Elm, 2006); Folklorda obrazın ikiləşməsi (Bakı: Elm; 2011); Epos. Nəsr. Problemlər (Bakı: Elm və təhsil, 2011); Portretlər (Bakı: Nurlan, 2013; Folklor həm keçmiş, həm də bu gündür. (Bakı: Elm və təhsil, 2014); Sənət qayğıları (Bakı: Elm və təhsil, 2015), Генезис и поэтика смеха в азербайджанском фольклоре (Элм ве техсил, 2017), yüzdən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunub.
Folklorun toplanması, tərtib və nəşr olunması ilə ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların layihə rəhbəri və həmmüəlliflərindən biridir. Bir çox əsərləri xarici olkələrdə çap edilib. Çox sayda beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzə ilə çıxış edib. M.Kazımoğlu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qaliblərindən olub (2013). Onun rəhbərliyi altında 7 fəlsəfə doktoru yetişib. 2011-ci ildən “Folklorşünaslıq” ixtisası üzrə elmi dissertasiyaların Müdafiə Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədridir.
M.Kazımoğlu “Arxetip” jurnalının baş redaktoru, “Türkologiya” jurnalı baş redaktorunun müavini, “Dədə Qorqud”, “Folklor və etnoqrafiya” jurnalları redaksiya heyətinin üzvüdür.
M.Kazımoğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Ədəbiyyat fənni üzrə Elmi-Metodiki Seminarın rəhbəri və Ekspert Şurasının sədridir. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.

“MUXTAR KAZIM OĞLU İMANOV. BİOBİBLİOQRAFIK GÖSTƏRİCİ” (endir)

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..