Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
02.07.2018

"Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

30 iyun 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.


Konfransı giriş sözü ilə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. O, qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamının əhəmiyyətindən danışıb. M.Sadıqov Azərbaycan Cümhuriyyəti qurucularının 100 il öncə dövlət quruculuğu prosesində qarşılaşdıqları çətinliklərdən, 1920-ci il aprelin 28-dən sonra bir müddət Lahıcda qalmağa məcbur olan M.Ə.Rəsulzadənin qəsəbə sakinləri tərəfindən qorunmasından, habelə Lahıcın tarixindən, özünəməxsus mədəniyyətindən də söz açıb.


AMEA Folklor İnstititunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Xalq ədəbiyyatı və milli kimlik məsələləri" mövzusunda məruzə edib. O, öncə konfransın keçirilməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib. Akademik M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərinin Lahıcda yazıldığına diqqət çəkib və qeyd edib ki, şifahi ənənəni yaşatmaq baxımından dünyanın nadir yerlərindən olan Lahıc həm də istiqlal mücadiləmiz baxımından da nadir bölgələrimizdəndir. Konfransın adına diqqət çəkən Muxtar Kazımoğlu-İmanov vurğulayıb ki, folklorumuzda – bayatı, nağıl, dastan və s. mətnində ortaq düşüncə tərzi, ortaq danışıq tərzi var: “Bu, M.Ə.Rəsulzadənin millət mənasında söykəndiyi əsas mənbələrdən biri idi. O, yazır ki, xalq öz istiqlaliyyətinə süngülərlə yox, ədəbiyyat və incəsənətlə qovuşa bilər. Bunun da təməli yenə gəlib xalq mədəniyyətinə çıxır".


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov "Azərbaycan folklorunun təbliğində Bilik Fondunun rolu" mövzusunda geniş məruzə edib, tədbirin keçirilməsini dəyərləndirərək xalq mədəniyyətinin qorunması, inkişaf etdirilməsi istiqamətində hər zaman çalışacaqlarını bildirib.
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzv Kamran Əliyev "Folklor və dövlət idarəçiliyi sistemi" adlı məruzə edib, folklorun həyatımızın hər sahəsində gərəkliyinə diqqət çəkib.


Plenar iclasda həm də Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Qaradəniz, Bilik Fondunun aparat rəhbəri, hüq.ü.e.d. İsaxan Vəliyev, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elayd, Moskva Dövlət Universitetinin professoru İrina Kaçinskaya, AMEA Folklor İnstitutunun doktorantı, Lahıc orta məktəbinin müəllimi Dadaş Əliyev və b. çıxış ediblər.


Plenar iclasın sonunda akademik M.Kazımoğlu-İmanov İsmayıllı ilə bağlı nəşrlər haqqında danışıb, İsmayıllıda multikulturalizm mövzusunda keçirilən konfrans materiallarının toplandığı "Gücümüz birliyimizdədir" adlı kitabı təqdim edib.
Daha sonra konfransın işi dörd bölmədə davam edib, məruzələr dinlənilib. Konfrans başa çatdıqdan sonra tədbir iştirakçıları Lahıc qəsəbəsinin tarixi yerləri ilə tanış olublar.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..