Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
12.06.2018

“Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair regional seminar” keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi AMEA-nın Folklor İnstitutu ilə birgə iyunun 12-də AMEA-nın əsas binasında “Respublikada folklor kollektivlərinin fəaliyyətinə dair regional seminar” keçirib.

Seminarın məqsədi respublikada fəaliyyət göstərən folklor kollektivlərinin fəaliyyətini araşdırmaq, onların iş prinsipi ilə tanış olmaq, repertuarlarını nəzərdən keçirmək, bu kollektivlərin bir-birilə ünsiyyət qurmasına şərait yaratmaq olub.

Tədbir Elmi-Metodiki Mərkəzin Folklor İnstitutu ilə imzalanmış əməkdaşlıq memorandumunun icrası çərçivəsində keçirilib. Tədbiri giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev açıb.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov “Folklor kollektivləri: Problemlər, mülahizələr” mövzusunda çıxışında seminarın folklorşünasların elmi tədqiqatlarının aparılmasında mühüm rol oynayacağına əminliyini bildirib. O, folklorşünasların regionlarda folklor kollektivlərinə istiqamət vermələrinin vacibliyini diqqətə çatdırıb, təkliflərini bildirib. Vurğulayıb ki, indiyə kimi Folklor İnstitutu bir sıra sanballı layihələr gerçəkləşdirib. Belə ki, iki qurum arasında birgə əməkdaşlıq çərçivəsində bu günə kimi “Qarabağ əfsanələri”, “Qarabağ mifləri”, “Qarabağ lətifələri” çap məhsulları geniş ictimaiyyətə çatdırılıb.

Akademik Muxtar Kazımoğlu - İmanov rəhbərlik etdiyi qurum tərəfindən folklorun toplanması, sistemləşdirilməsi, çap olunaraq yayılması istiqamətində görülən uğurlu işlərdən danışıb, bölgələrdə folklor kollektivlərinin yaşadılması üçün diqqət və qayğının artırılmasının gərəkliyini vurğulayıb.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi e.ü.f.d. Asif Usubəliyev Metodiki Mərkəzlə Folklor İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin milli mədəniyyətimizi qorunmasında və təbliğində böyük rol oynadığını qeyd edib. O, bölgələrimizdə folklor kollektivlərinin sayının artırılması, onlara lazımi şəraitin yaradılmasının qaçılmazlığını söyləyib. Hazırda bölgələrdə 15 folklor kollektivi fəaliyyət göstərir ki, bu da azdır. Sovet dönəmində belə kollektivlərin sayı çox idi və onlar bölgə mədəniyyətinin qorunmasında, gələcəyə çatdırılmasında mühüm rol oynayırdılar. O, qarşıda Folklor İnstitutu ilə bir sıra tədbirlərin gerçəkləşəcəyindən də danışıb.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanova Azərbaycan folklorunun inkişafındakı xidmətlərinə görə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin diplomu təqdim olunub.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, fil. ü.e.d. Füzuli Bayat “Cənub bölgəsində "Halay" folklor qrupu”, Ü.Hacıbəyli adına BMA-nın baş müəllimi Ariz Abduləliyev “Folklor irsinin yaşamasında bədii kollektivlərin rolu”, AMEA-nın Folklor İnstitutunun "Azsaylı xalqların folkloru" şöbəsinin müdiri, fil.ü.f.d. Afaq Ramazanova “Folklor irsinin yaşamasında bədii kollektivlərin rolu”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin baş elmi işçisi, sən. ü.f.d., Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Folklor kollektivlərinin inkişafında ekspedisiyaların rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Şabran rayonunun Dağbilici kəndinin “Xınayaxdı” folklor kollektivinin rəhbəri Bayram Ağasıyev 30 ildən çox müddətdəki fəaliyyətlərindən, qarşılaşdıqları çətinliklərdən söz açıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..