Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

“MONQOLLARIN GİZLİ TARİXİ” ÇAPDAN ÇIXDI

Dünya ədəbiyyatının şah əsərlərindən biri olan “Monqolların gizli tarixi” çapdan çıxmışdır (Bakı, MBM, 2011, 360 s., 2 xəritə, 1fotosurət). Kitab bundan 771 il əvvəl, 1240-cı ildə yazılmışdır. Əsər bəşər tarixində ən iri imperiyalardan birini (ərazisi 34 milyon kv km,yer üzünün 22 faizi) quran böyük sərkərdə və dövlət xadimi Çingiz xanın həyatından bəhs edir. “Monqolların gizli tarixi” Çingiz xanın şəxsiyyəti, yürüşləri, bir sıra ölkələri, o cümlədən Türküstanı istila etməsi, türk-monqol münasibətləri haqqında ilkin mənbə olması baxımından türk tarixi və türkologiya elmi üçün mühüm əhəmiyyət kəsb edir.
TürkSOY kitabxanası seriyasından 17-ci kitab kimi buraxılan “Monqolların gizli tarixi” AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Onu əsərin türkcə, rusca və almanca
nəşrləri əsasında Azərbaycan türkcəsinə filologiya elmləri doktoru Ramiz Əskər çevirmişdir. Kitabın redaktoru AMEA-nın müxbir üzvü,Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin müdiri, professor Tofiq Hacıyevdir. Ramiz Əskər kitabın Azərbaycan türkcəsində nəşrinə geniş önsöz yazmışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.