Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
16.05.2018

“Nizamiyyə mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” mövzusunda tədbir keçirilib

Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Nizamiyyə mədrəsəsi və onun azərbaycanlı nümayəndələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Folklor İnstitutunun direktoru, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Nizamiyyə mədrəsəsi haqqında məlumat verib. Qeyd edilib ki, Nizamiyyə mədrəsəsi Böyük Səlcuqlar dövründə yaranıb və vəzir Nizammülkün adı ilə bağlıdır. Bağdad Nizamiyyə mədrəsəsi orta əsrlərin ilk universiteti sayılır. Xətib Təbrizi Nizamiyyə mədrəsələri açıldıqdan sonra burada filologiyanı tədris edib və mədrəsədəki məşhur kitabxananın rəhbəri olub. Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunub.

Sonra çıxış edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu İslam mədəniyyəti ilə bağlı olan bu mövzunun aktual olduğunu bildirib. O, İslam mədəniyyətinin yaranmasında ərəblərlə yanaşı, farslar və türklərin də böyük rolu olduğunu söyləyib.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Nizamiyyə mədrəsələrinin yaranmasından danışıb. İslam dinində həm də elmə çağırış olduğunu qeyd edən K.Bünyadzadə bu mədrəsələrin kökündə maarifçiliyin dayandığını bildirib.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..