Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
04.05.2018

QAZAX DASTANLARI

Uzun əsrlər boyu inkişaf yolu keçərək nəsildən-nəsilə yaşadılan qazax dastanları, tədqiqatçıların fikrincə, Qızıl Orda dövründə yaranmış, ayrı-ayrı epik əsərlər isə XIV əsrin sonunda və XV-XVI əsrlərdə təşəkkül tapmışdı.
Qazax dastanlarında xalqın ictimai-siyasi həyatında baş vermiş hadisələr, o cümlədən xalqın azadlıq, haqq-ədalət uğrunda tarixi mübarizəsi, gələcəklə bağlı arzu və diləkləri əsas yer tutur. Qazax xalqının günümüzədək yaşatdığı jırlar, əsasən, qəhrəmanlıq və sosial-məişət dastanlarıdır. Qəhrəmanlıq dastanlarının əsas mövzusunu dastan qəhrəmanları olan igid batırlar tərəfindən doğma vətənin yadelli işğalçılardan qorunması təşkil edir. Bu qəhrəmanlar torpağa sevgi, düşmənə nifrət, dönməzlik, şücaət, mərdlik kimi xalqın malik olduğu ən üstün keyfiyyətləri təcəssüm etdirirlər. Belə dastanlara “Alpamıs”, “Qoblandı batır”, “Er Sayın”, “Er Tarqın”, “Er Qöqşe”, “Qambar batır”, “Qırq batır” dastanları və s. aiddir.
“Qoblandı batır” dastanı qazax qəhrəmanlıq dastanları arasında çox geniş yayılmışdı. Tarixi qaynaqlara söykənərək demək olar ki, “Qoblandı batır” dastanı iki variantda yayılmışdı: dastanın daha qədim dövrə aid birinci variantı və qazax xanlığının yarandığı XV əsrlə bağlı bir çox hadisələrin yer aldığı ikinci variantı. Dastanın hər iki variantında Qoblandı qazax xalqının fəxri və qəhrəmanlıq simvolu kimi təsvir olunmuşdu. Dastanda, əsasən Qoblandının öz silahdaşları ilə birgə yadelli işğalçılara – kalmıklara qarşı apardığı milli mübarizəsi əks olunur. Onu da qeyd etmək lazımdır ki, qazax dastanları əsas etibarilə nəzm formasında yaradılmışdı. “Qoblandı batır” dastanı digər qazax dastanları arasında daha irihəcmli (10 min misra) olması ilə də diqqəti cəlb edir.
Qazaxların əsrlər boyu qoruyub nəsildən-nəsilə yaşatdığı “Kozı Körpeş və Bayan Slu”, “Qız Jibek”, “Qulşe qız”, “Ayman Şolpan”, “Seypul Malik” və s. kimi digər dastanları isə sosial-məişət xarakterli olub, əsasən, lirik-epik jırlar kimi qazax folklorunda ayrıca yer tutur. Xalqın dinc həyatını, adət-ənənələrini, məişətini, əxlaqını təsvir edən belə dastanlarda, əsasən, gənclərin öz azadlığı və məhəbbəti uğrunda mübarizəsi əks olunur.
Əsasən qəhrəmanların adı ilə adlandırılan qazax dastanlarında xalqın cəsur müdafiəçiləri olan igid bahadırlarla yanaşı, qəhrəman və ecazkar gözəllliyə malik qızların da bədii obrazları yaradılmışdı. “Qız Jibek” dastanında qazax dastanlarında çox rast gəlinən möcüzəli doğuluş motivi əsas yer tutur. Həmçinin dastanda çoxlu təbiət mənzərələri, yaşayış yerləri, xalqın adət-ənənələri və köçəri həyat tərzi təsvir olunur. Dastanda qəhrəmanların daxili aləmi, hiss-həyəcanları qazax dilinin bədii ifadə vasitələri ilə ustalıqla açılır, jar-jar, koştasu, joktau, aytıs – deyişmə kimi şeir janrlarına rast gəlinir. Sevgini və gənclərin azad seçimini tərənnüm edən “Qız Jibek” dastanı qazax cəmiyyətində qismən mövcud olan ailə-nikah qaydaları (çoxnikahlılıq, böyük qardaşın dul arvadının kiçik qardaşla evləndirilməsi), elçilik – kalım-başlıq və s. qədim adət-ənənələrə etiraz mövqeyi də nümayiş etdirir. Yüksək insani keyfiyyətlərə malik dastan qəhrəmanlarının timsalında xalq gənc nəsildə görmək istədiyi ən gözəl xüsusiyyətləri yaratmışdı.
Qazax folklorunda jır adı verilən dastanlar müxtəlif dövrlərdə məşhur dastan yaradıcıları və ifaçıları olan jırau və axınlar tərəfindən yaşadılaraq günümüzədək qorunub saxlanmışdı. XV-XVII əsrlərdə Aqtamberdi jırau, Jiembet jırau, XVIII əsrdə Buxar jırau, Tati Kara jırau, Sıpıra jırau kimi dahi dastan ifaçıları, XIX əsrin sonlarında Murın jırau, Nurım jırau, Marabay və Merqenbay jırau kimi məşhur söz sənətkarları, eləcə də XX əsrdə çox tanınmış Cambul və Nurpeys kimi axınların böyük ustalığı və səyləri nəticəsində qazax jırları əbədi yaşam hüququ qazanmışdı. Qədim xalq musiqi aləti olan dombranın (barmaqla çalınan ikisimli uzun ensiz musiqi aləti) müşayiətilə ifa olunan bu dastanlar, əsasən XIX əsrin ortalarından etibarən qeydə alınmağa və nəşr edilməyə başlanmışdı. Qazax xalqının zəngin və çoxşaxəli şifahi yaradıcılığında əvəzsiz xidmətləri olan jırau və axınlar xalqın bütövlükdə mənəvi-mədəni həyatında əhəmiyyətli rol oynayırlar.

Ədəbiyyat:

Казахский фольклор. Институт литературы и искусстваКазахыстана. Под редакцией Н.С. Смирнова. Издательство казахской ССР. 1968.

Н.С. Смирнова. Очерк истории казахского фольклора. – «История казахской литературы» в 3. т. Т.1. Алма-Ата, 1968.

Кобланды-Батыр. Казахский героический эпос. Главная редакция восточной литературы. Москва – 1975.

Hazırladı: Türk xalqları folkloru şöbəsi.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..