Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.05.2018

Mənim Akademiyam

Respublikamızın əsas elmi potensialı olan alimlər ordusu əksəriyyət etibarilə Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. Bu mənada AMEA Azərbaycan elminin əsas güc strukturudur. Elmin müxtəlif sahələri ayrı-ayrı struktur vahidləri şəklində layiqincə burada təmsil olunur. Nəzəri biliklər halında öyrənilib mənimsənilməklə elmi tədqiqatlar halına gələnlər eyni zamanda həyatın müxtəlif sahələrinə - istehsalata, kənd təsərrüfatına və s., bütövlükdə cəmiyyətin özünə praktik olaraq tətbiq olunur, beləliklə, nəzəri və təcrübi biliklərin sintezi vəhdət halında uğurla öz bəhrəsini göstərir. Əlbəttə, bütün bunlar Akademiyanın icra strukturu səviyyəsində planlaşdırılır və ayrı-ayrı elmi institutlar tərəfindən reallığını tapır.
Azərbaycan elminin nəhəng simaları olub və onlar dünya elminə böyük töhfələr veriblər. Alimlərə, elmi-texniki tərəqqiyə daim diqqət göstərən böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev deyirdi: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. Bu Akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu Akademiyanın çərçivəsində Azərbaycanın elmi çox inkişaf etmişdir. .. Tarix, insanlar həmişə quranları, yaradanları qiymətləndirəndir” (Əvəzi olmayan insan. Bakı, 2007, səh 9).
Göründüyü kimi, Akademiyamızın əldə etdiyi elmi uğurları Ulu Öndər təqdirəlayiq cəhət kimi çox yüksək dəyərləndirmişdir. Akademiklər Həsən Əliyev, Yusif Məmmədəliyev, Cəlal Əliyev, Tofiq Hacıyev, Ağamusa Axundov, Bəkir Nəbiyev, Azad Nəbiyev, professorlar Məmmədağa Şirəliyev, M.H.Təhmasib və onlarla, yüzlərlə dünya şöhrətli alimlərimiz dünya elminə öz dərin və işıqlı zəkalarını məhsulunu ərməğan edərək, Azərbaycan elmini müxtəlif sahələr üzrə layiqincə təmsil etmişlər.
Bu gün bu möhtəşəm elmi ənənənin uğurla davam və inkişaf etdirilməsi məsul və şərəfli bir missiya kimi AMEA-nın prezidenti akademik Akif Əlizadənin üzərinə düşüb. Akademiyamızın alimləri onun rəhbərliyi və qayğısı sayəsində dünya elminə inteqrasiya yolunu tutaraq elmi axtarışlarını uğurla davam etdirirlər. Müasir dövrdə akademiklər İsa Həbibbəyli, Rasim Əliquliyev, Muxtar Kazımoğlu-İmanov, Rəfael Hüseynov, Möhsün Nağısoylu, Teymur Kərimli, professorlar Qəzənfər Kazımov, Qəzənfər Paşayev, İsmayıl Məmmədov, İsmayıl Kazımov, Sayalı Sadıqova, Seyfəddin Rzasoy və başqaları Azərbaycan elmini Akademiya miqyasında yüksək səviyyədə təmsil eləməklə yanaşı, elmimizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində və gənc alimlərin uğurlu tədqiqat yönündə istiqamətləndirilməsində mühüm fəaliyyət göstərirlər. Akademiyamızda bu cür yüksək səviyyədə elmi ab-havanın olması gələcək elmi nailiyyətlərə geniş imkanlar açır. Bu gün bizim sıralarımızda olan gənc aspirant və doktorantlarımızın da içərisindən bacarıqlı elmi mütəxəssislərin yetişəcəyinə əsaslı zəmin yaradır.
Mən də on ildən çoxdur ki, bu Akademiyada çalışıram və “ Mənim Akademiyam” kəlməsini dilimə gətirməkdən böyük qürur duyuram. Təmsil elədiyim Folklor İnstitutunda elmi ekspedisiyalar da təşkil olunur, ixtisasımıza müvafiq araşdırmalar aparılır. İnstitutun direktoru, akademik Muxtar İmanovun təşəbbüsü və bilavasitə səyi nəticəsində xalq xəzinəsi inciləri şifahi repertuardan toplanılır, sistemə salınır və intensiv olaraq folklor materialları üzərində geniş və əhatəli elmi tədqiqatlar davam etdirilir. Dünya folklorşünaslıq elminin qazandığı nailiyyətlərə, başqa sözlə, folklorşünaslığın zəngin elmi-nəzəri təcrübəsinə söykənərək, xalqın zəngin xəzinəsi ətraflı şəkildə öyrənilib tədqiq edilir və fundamental elmi tədqiqatlar araya-ərsəyə gəlir.
Müasir dövrdə elmlərarası (fənlərarası-multidissiplinar) əlaqələrin yaradılması və bərpası yönümündə dünya elmində gedən əsaslı inkişaf və keyfiyyət dəyişmələri bizim ixtisas dairəmizdən də yan keçməmişdir. Folklorşünaslığımızda da bu istiqamətdə savadlı və yüksək nəzəri hazırlığa malik savadlı kadrlar nəsli yetişməkdədir. Onlardan misal olaraq, folklorşünaslar - mərhum Yaşar Qarayevin aspirantı olmuş fəlsəfə doktoru Sərxan Xavəri, akademik Muxtar Kazımoğlunun yetirmələri olan fəlsəfə doktorları Hikmət Quliyevlə Şəfa Qarayevin adlarını inamla çəkmək olar. Bu gün folklorşünaslığımızda multidissiplinar analizin nəzəri təcrübəsi istiqamətində apardıqları araşdırmaları ilə onlar Azərbaycan folklorşünaslıq elminin nümayəndələri kimi dünya folklorşünaslıq elmi ilə tam ayaqlaşır, ölkəmizi və Akademiyamızı layiqincə təmsil edirlər.
Hesab edirəm ki, AMEA-nın başqa ixtisas sahələrində də- digər müxtəlif qurumlarında (institutlarında) da elmimiz bu cür yüksək səviyyədə - dünya elminin müasir standartlarına tam cavab verəcək vəziyyətdədir. Alimlərimizin yüksək elmi intellektuallığı və Akademiyamızın zəngin elmi ənənəsi də belə bir nikbinliyə əsas verir. Azərbaycan elminin güc mərkəzi olan AMEA-nın zəngin elmi təcrübəsi var və məhz elm fədailərimizin simasında özünün zəngin elmi ənənəsini daim yaşadacaq və inkişaf etdirəcək. Qürurla dediyimiz “Mənim Akademiyam“ - AMEA bundan sonra da dünyanın nəhəng elm mərkəzləri sırasında özünün nüfuzlu akademik statusunu qoruyub saxlayacaq.





Şakir Albalıyev
filologiya üzrə fəlsəfə doktoru

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.