Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 

AZƏRBAYCAN ALİMİNİN ORXON EKSPEDİSİYASI

Türk tarixi, ədəbiyyatı, dili və mədəniyyəti üçün müstəsna əhəmiyyət kəsb edən Orxon abidələri Monqolustan ərazisindədir. Onların ümumi sayı 50-dən artıq olsa da, bu abidələr arasında üçü xüsusilə əhəmiyyətlidir. Bunlar Göytürk dövlətinin başçısı Bilgə xaqanın, onun kiçik qardaşı, məşhur sərkərdə Gültəkinin və ulu vəzir Tonyukukun şərəfinə qoyulmuş abidələrdir. Ölkəmizin ali məktəblərinin filologiya fakültələrində tədris olunan bu abidələri indiyə qədər Azərbaycanın heç bir universitet müəllimi və AMEA əməkdaşı şəxsən görməmiş, tədqiq etməmiş, fotoşəkillərini çəkməmişdi.
Bu xoşbəxtlik AMEA Folklor İnstitutunun Qorqudşunaslıq şöbəsinin böyük elmi işçisi və Bakı Dövlət Universitetinin bədii tərcümə
laboratoriyasının müdiri,filologiya elmləri doktoru Ramiz Əskərə nəsib olmuşdur. Alim bu yaxınlarda Orxon abidələrini tədqiq etmək üçün Monqolustana bir həftəlik ekspedisiyaya getmişdir.
Ramiz Əskər Monqolustan paytaxtından təxminən 450 km məsafədə,əski Qaraqorum şəhəri yaxınlığında yerləşən Bilgə xaqan və Gültəkin abidələrini ziyarət etmiş, onların indiki vəziyyəti ilə tanış olmuş,tədqiqat işləri aparmışdır. O, Ulan-Batordan 70 km şərqdə yerləşən Tonyukuk abidəsini də eyni şəkildə tədqiq etmişdir. Ekspedisiyadan qayıtdıqdan sonra alim Bilgə xaqan, Gültəkin və Tonyukuk abidələrinin 120 x 60 sm ölçüsündə böyüdülmüş dörd rəsmini Bakı Dövlət Universitetinə hədiyyə etmişdir. Hazırda Ramiz Əskər Orxon abidələri albomu üzərində çalışır. Burada Monqolustanda yerləşən 50-dən çox abidənin rəngli fotoşəkilləri, ölçüləri,koordinatları, müasir vəziyyəti və s. haqqında geniş məlumat veriləcək.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..