Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
26.04.2018

AMEA Mərkəzi Elmi Kitabxanası və Folklor İnstitutu professor Mirəli Seyidovun 100 illik yubileyini qeyd edib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Folklor İnstitutu Azərbaycanın böyük alimi, tənqidçi, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov professor Mirəli Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, onunla bağlı xatirələrini bölüşüb. Diqqəti alimin çoxsaylı araşdırmalarına cəlb edən Nizami Cəfərov onun yaradıcılığını təhlil edib. Natiq bildirib ki, M.Seyidovun ədəbi əlaqələr, mifologiya, etimologiya və etnogenezlə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktualdır.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tədbir iştirakçılarının diqqətini alimin yaxın silahdaşı olmuş akademik Bəkir Nəbiyevin arxivində Xalq yazıçısı Mirzə İbrahimovun imzası olan bir sənədə cəlb edib. Sənəd və sənədlə bağlı xatirə professor Mirəli Seyidovun “Qabusnamə"nin Azərbaycan və erməni dillərinə tərcümələrinə yüksək peşəkarlıqla verdiyi ekspert qiymətləndirməsinə, bununla da növbəti erməni saxtakarlığının qarşısının alınmasına aiddir. Alimin zəngin elmi irsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan L.İmanova M.Seyidovun MEK-də mühafizə olunan kitablarının elektron kataloqa və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini, əsərlərin əsasən kiril qrafikası ilə çap olunduğunu söyləyib. L.İmanova bu səbəbdən alimin əsərlərinin bir yerə toplanaraq latın qrafikası ilə yenidən nəşri üçün mütəxəssislərin cəlb edilməsinin zəruriliyini və çap işlərinə MEK-in dəstək ola biləcəyini vurğulayıb.

MEK tərəfindən hazırlanmış, alimin həyat və yaradıcılığını əks etdirən “Mirəli Seyidov–100” filminin nümayişindən sonra AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy “Mənim Mirəli Seyidovum” adlı məruzə ilə çıxış edib. Tədbir Sumqayıt Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Böyük azərbaycanşünas alim, professor Mirəli Seyidovun ədəbi nəzəri görüşləri” kitabının müəllifi Dəyanət Cümənovun, 162 saylı məktəbin tarix müəllimi Gülbəniz Abbasovanın, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Əsgər Zeynalovun M.Seyidovun Azərbaycan folklorşünaslığına, ədəbiyyatşünaslığına, türkologiyaya verdiyi qiymətli töhfələrdən, yaratdığı əsərlərin milli düşüncəmizin və təfəkkürümüzün formalaşmasına təsirindən, mifik düşüncə tariximizə bəxş etdiyi yeniliklərdən bəhs edən çıxışları ilə davam edib. Çıxış edənlər alimin Azərbaycan ədəbiyyatına, tarixinə qazandırdığı uğurlardan, yaradıcılığı və ictimai fəaliyyəti ilə milli ruhumuza yeni oyanış dalğası gətirməyindən danışıblar.
Sonda alimin oğlu Elçin Seyidov ailə adından çıxış edərək tədbirin təşkilatçılarına, çıxış edənlərə və bütün iştirakçılara təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..