Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
23.04.2018

"Azərbaycan şifahi xalq ədəbiyyatı və dil" mövzusunda dəyirmi masa keçirilib

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Dilimiz və mənəviyyatımız” layihəsi çərçivəsində “Azərbaycan şifahi xalq ədəbiyyatı və dil” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov şifahi xalq ədəbiyyatı nümunələrinin dilinin ədəbi, ümumxalq, məhəlli, yaxud şivə dili olması məsələləri, eyni zamanda bu nümunələrin mifoloji düşüncə tərzi ilə müqayisəli şəkildə araşdırılması barədə ətraflı danışıb.

AMEA-nın Dilçilik İnstitutunun direktoru, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, akademik Möhsün Nağısoylu şifahi xalq ədəbiyyatı nümunələrində spesifik xüsusiyyətləri ilə seçilən arxaizmlərin mənşəyi və onların etimoloji xüsusiyyətləri, bu sözlərin ədəbi dildə inkişaf tarixindən söz açıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, fil.ü.e.d. prof. Əzizxan Tanrıverdi “Kitabi-Dədə Qorqud” eposunun obrazlı dili, alliterasiya, qafiyələnmə prinsipləri barədə çıxış edib.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, prof. Niyazi Mehdi sintaqma anlayışının dilçilikdə müxtəlif şəkildə izahından, şifahi xalq ədəbiyyatının geniş imkanlara malik olmasından danışıb.

Habelə tədbirdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy və başqaları çıxış ediblər.

Dəyirmi masa iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..