Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
23.04.2018

“Gecikmiş qələbə” adlı sənədli roman işıq üzü görüb

AMEA Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Aynur Cəlilovanın işıq üzü görmüş “Gecikmiş qələbə” adlı sənədli romanı 1930-1932-ci illərdə Naxçıvan MSSR-in Şahbuz rayonunun Keçili kəndində kolxozlaşmaya qarşı baş verən xalq hərəkatına həsr olunub. “Keçil üsyanı” adı ilə tarixə düşən bu hərəkatın təfərrüatları indiyə qədər açılmayıb, ya təhrif olunub, da yanlış şərh olunaraq xalqa çatdırılıb. Romanda Keçil üsyanının başlama səbəbləri, üsyançıların sovet hakimiyyəti qüvvələrinə qarşı apardığı döyüşlər, üsyanın məğlub olması, döyüşçü qadınlar, onların qəhrəmanlıqları, xalqın və hökumətin üsyançılara münasibəti, üsyançıların taleyi, ailə-məişət, sevgi münasibətləri və s. əksini tapıb. Romanda DTX-nın arxiv sənədlərindən, informatorların məlumatlarından istifadə olunub, o dövrün ümumi mənzərəsinə aydınlıq gətirilib.
Roman müqəddimə, 5 fəsil və son sözdən ibarətdir. Əsərdəki hadisələr tarixi həqiqəti əks etdirir, demək olar, yazıçı təxəyyülündən uzaqdır. Əsərdə qədim türk kəndi Keçilin strateji mövqeyi, keçillilərin qorxmaz, mübariz həyatı, keçilli qadınların qəhrəmanlığı, həmrəyliyi təfərrüatı ilə qələmə alınıb. Keçili kəndinin tarixi adı Keçil olub. Əsərin baş qəhrəmanı Keçilin pəhləvan oğlu üsyan başçısı Qasımalı Eyvaz oğlu Dünyaməliyevdir. Qasımalı həm də Fətəli xan Xoyskinin yaxın silahdaşı olub. Keçillilər onun başçılığı altında 2 ildən çox sovet hakimiyyətinə qarşı mübarizə aparıblar, 1932-ci ilin aprelində xəyanət və satqınlığın qurbanı olublar.
Haqq-ədalər uğrunda vuruşmuş üsyançıların taleyi haqqında ailələri də xəbər tutmayıblar. “Troyka”nın hökmü ilə 2 nəfər (D.Qasımalı və H.Baxşəli) güllələnib, bir neçəsi 10 il həbs alıb, qalanları sürgün olunub.
Əsərdə baş qəhrəmandan başqa digər personajların dil xüsusiyyətləri, ləhcələri saxlanılıb, Naxçıvana məxsus folklor materiallarından geniş istifadə olunub. Roman həm tarixi hadisədən soraq verir, həm də folklor ədəbiyyatı kimi gərəkli mənbədir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..