Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
19.04.2018

“Dastan gecələri” layihəsinin ilk tədbiri həyata keçirilib

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” adlı möhtəşəm layihənin ilk tədbiri həyata keçirilib. Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə gercəkləşən tədbirin açılışında Mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış ediblər. Xalq artisti Murad Hüseynov bu layihənin diqqətəlayiq olduğunu, bundan sonra da belə layihələrə daha geniş yer veriləcəyini bildirib.


AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olunub ki, dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Muxtar İmanov çıxışı zamanı onu da bildirib ki, layihə çərçivəsində “Abbas-Gülgəz”, “Leyli-Məcnun”, “Kiçik Rza”, “Aşıq Alının Türkiyə səfəri”, “Məhəmməd – Səlbi xanım” “Əmrah - Səlbi” kimi dastanlar tanınmış aşıqların ifasında tamaşaçılara təqdim olunacaq. Giriş nitqindən sonra Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Qələndər Zeynalovun ifasında “Alı xan - Pəri xanım” dastanı təqdim olunub. Aşığı balabanda Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edib. Ailə-əxlaq mövzusunda olan dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..