Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
19.04.2018

Akademik Muxtar İmanov Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Yeni Azərbaycan Partiyası, Azərbaycan Dillər Universiteti və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə 13-14 aprel 2018-ci il tarixində Ərzurum Atatürk Universitetində keçirilmiş beynəlxalq elmi konfransda iştirak edib. “Heydər Əliyev və türk dünyası” mövzusunda keçirilən və “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” silsiləsindən olan tədbir öz işinə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş fotosərginin nümayişi ilə başlayıb. Açılış iclasında AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Atatürk Universitetin rektoru professor Ömer Çomaklı, Ərzurum Bələdiyyəsi sədri Mehmet Sekmen, Naxçıvan Universitetinin rektoru, professor Saleh Məhərrəmov, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəis müavini Seymur Şeydayev, fakültə rəisi, professor Cəlal Qasımov, ADU-nun Beynəlxalq Münasibətlər və İdarəetmə fakül-təsinin dekanı dosent İbrahim Kazımbəyli, Ərzurum valisi Seyfəddin Əzizoğlu və digərləri iştirak ediblər. Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. İclasda akademik Muxtar İmanovun “Heydər Əliyev və ümumtürk folkloru” adlı məruzəsi maraqla qarşılanıb. Muxtar İmanovun sədrlik etdiyi seksiyada isə 10-dan artıq məruzə dinlənilib, Heydər Əliyevin türk xalqlarının mənəvi-mədəni birliyinin bərpası istiqamətində fəaliyyəti ilə bağlı disskusiyalar aparılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..