Elmi Şuranın növbəti iclası keçirilib
Aprelin 9-da AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
Elmi katib, fil.ü.f.d. Elçin Abbasov 2017-2018 tədris ili AMEA Folklor İnstitutunun fəlsəfə hazırlığı üzrə doktoranturasına qəbulun nəticələri barədə bilgi verib. Müsabiqənin nəticələri nəzərə alınaraq, Nərmin Babayeva və Arzu Əliyevanın “Folklorşünaslıq”, Jalə Xəlillinin “Türk xalqları ədəbiyyatı” ixtisaslarından fəlsəfə hazırlığı üzrə doktoranturaya qəbul edilməsinə qərar verilib.
Sonra fil.ü.e.d. Seyfəddin Rzayevə ixtisas üzrə professor elmi adının verilməsi barədə məsələyə baxılıb. Elmi Şura üzləri fil.ü.e.d. S.Rzayevə ixtisas üzrə professor elmi adının verilməsinə yekdiliklə səs veriblər.
Daha sonra Elmi Şura ixtisas üzrə dosent adı almaq üçün müraciətlərə baxıb.



|