Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.03.2018

Nizami Muradoğlunun mənzum pyesi tamaşaya qoyulub

Martın 27-də Sumqayıt Dövlət Dram Teatrında AMEA Folklor İnstitutunun şöbə müdiri, fil.ü.f.d., şair Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə təqdim olunan əsərə teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayevdir. Musiqi tərtibatı Telman Qəniyevə məxsusdur.
Obrazları əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oqtay Mehdiyev, Habil Xanlarov, Sədaqət Nuriyeva, Şəhla Məmmədova, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Şəmistan Süleymanlı və başqaları canlandırıblar.


Əsər 1937-ci il repressiyalarının qurbanı olmuş böyük mütəfəkkir-şair Hüseyn Cavid ailəsinin faciəsinə həsr edilib. Eyni zamanda bu ailənin konteksində istiqlal şairləri Əhməd Cavadın və Mikayl Müşfiqin də mənəvi-fiziki işgəncələri, zindan həyatları təsvir olunub.
Tamaşada İnsan donuna girmiş İblis, demək olar ki, bütün tamaşa boyu qəhrəmanları qarabaqara izləyir. Rejissor Hüseyn Cavidin məşhur İblis obrazına verdiyi mizanlarla tamaşaçıları düşünməyə vadar edir.


Tamaşanın premyerasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, şəhər ziyalıları, təhsil, mədəniyyət işçiləri, Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.