Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
10.03.2018

Alimlərimiz Kiprdə elmi simpoziumda iştirak ediblər

Martın 5-6-da Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərindəki Atatürk Kültür Mərkəzində Kipr Balkanlar Avrasya Türk Ədəbiyyatları Vakfı, Kipr Balkanlar Avrasya Türk Ədəbiyyatları Kurumu (KIBATEK), Kipr Sosyal Bilimler Universiteti (KISBÜ), Kipr Türk Kültür Derneği Genel Merkezi və Kipr Türk Ədəbiyyatları və Ədəbiyyatçıları Dərnəyinin (KITED) işbirliyi ilə III Uluslararası Türk Ədəbiyatı ve Ədəbiyatçıları Simpozyumu keçirilib.
Simpoziumda Türkiyə, Kipr, Azərbaycan, Rusiya, Bolqarıstan, Moldova-Qaqauzeli, İran, Qazaxıstan, Özbəkistan və Polşanı təmsil edən çoxsaylı tədqiqatçılar və ədəbiyyat xadimləri iştirak ediblər. 14 iclasdan ibarət olan simpoziumda 67 məruzə dinlənilib.
Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları - “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, “Təhsil” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlu, “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli də iştirak ediblər. Qeyd edək ki, tədbirə ölkəmizi həmçinin Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Məmmədova-Kekeç və AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi “Mətbuat orqanları” şöbəsinin əməkdaşı, tədqiqatçı Vaqif Orucov da təmsil ediblər.

Simpozium öz işinə mart ayının 5-də Lekfoşanın Atatürk Kültür Mərkəzinin (AKM) Böyük iclas salonunda açılış (plenar) iclası ilə başlayıb. Plenar iclasda Şimali Kipr Türk Cümhuriyyəti Cumhurbaşkanı Mustafa Akıncı, Türkiyənin Lefkoşa Böyükelçisi Derya Kanbay, Şimali Kipr Milli Eğitim ve Kültür Bakanı Cemal Özyiğit, Kipr Balkanlar Avrasya Türk Ədəbiyyatları Vakfı Başkanı İsmayıl Bozkurt, KIBATEK Başkanı Metin Turan və başqaları çıxıç ediblər.
Cümhurbaşkanı Mustafa Akıncı çıxışından sonra Azərbaycandan olan iştirakçı, Avrasiya Universitetinin müəllimi, dos.dr. Elmira Məmmədova-Kekeçə və Polşadan gəlmiş dos.dr. Grazina Zajaca Kipr Türk ədəbiyatının tanıtılmasıyla ilgili çalışmalarından dolayı xüsusi mükafat təqdim edib.

Açılış iclasından sonra simpozium öz işini iclas salonlarında davam etdirib. İclaslarda AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Çağdaş Kipr türk şeirində Osman Türkay ənənələri” İnstitutun “Təhsil” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Muradoğlu ““Çağdaş Kıpr türk şeiri və “Turnalar” dərgisi”, “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli “Kipr türk ədəbiyyatında gelişim evreleri”, Bakı Avrasiya Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Məmmədova-Kekeç “Mətnlərarası əlaqədə Yaş Destanları (Manisalı Caminin “Muhabbetname” məsnəvisi və Oğuz Yorgancıoğlunun “Yaş Destanı” örnəyində)” və AMEA-nın İctimaiyyətlə Əlaqələr İdarəsi, “Mətbuat orqanları” şöbəsinin əməkdaşı, tədqiqatçı Vaqif Orucov “Kipr türk şairi Osman Türkayın seirlərinin təməl özəllikləri” mövzularında məruzə ediblər.

Martın 6-da III Uluslararası Türk Ədəbiyyatı və Ədəbiyyatçıları Simpoziumunun bağlanış iclası keçirilib. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərləndirilib.

Martın 7-də simpozium iştirakçıları Şimali Kiprin Qazimağusa şəhərinin bir sıra görməli yerlərini gəzmiş, tarixi abidələrə baxmışlar.



Tahir Orucov

Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.