Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
14.2.2018

AMEA-da İctimaiyyətlə əlaqələr şöbələrinin illik hesabat iclasında Folklor İnstitutunun hesabatı dinlənilib

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarında fəaliyyət göstərən İctimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. AMEA-nın Əsas binasının Kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib.


İdarənin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva AMEA-nın 40-dan artıq institut və təşkilatında İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsini elmin informasiya təminatının gücləndirilməsi və elmi-populyar jurnalistikanın inkişaf etdirilməsində mühüm amil olduğunu söyləyib. Akademiyada müvafiq elm sahələri üzrə böyük bir elmi jurnalist ordusunun formalaşdığını qeyd edən Ü.Rzayeva qələm sahiblərinin Azərbaycan elminin populyarlaşdırılması və təbliğində, dünya elmi ictimaiyyətinə çatdırılmasında aparıcı rol oynadıqlarını bildirib. Hər bir institut və təşkilatın informasiya siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən bu şöbələrdə görülən işlər haqqında illik hesabatların verilməsinin şöbənin fəaliyyətinin daha da gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və s. baxımdan əhəmiyyətini qeyd edib.


Sonra AMEA institutlarının İctimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri çıxış edərək hesabat ili ərzində görülən işlər haqqında geniş təqdimatla çıxış ediblər. AMEA Riyaziyyat və Mexanika İnstitutundan fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova, Neft-Kimya Prosesləri İnstitutundan texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev, Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu, İqtisadiyyat İnstitutundan iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov, Genetik Ehtiyatlar İnstitutundan biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, İnformasiya Texnologiyaları İnstitutundan Rasim Mahmudov, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Vüsalə Rafiqqızı, Arxeologiya və Etnoqrafiya İnstitutundan Pərviz Qasımov şöbənin əsas fəaliyyət istiqamətləri, mətbu orqan və internet-mediada işıq üzü görən xəbərlərin statistik göstəriciləri, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, sayta edilən müraciətlərin dinamikası, elmi müəssisənin təbliğinin sosial mediada aparılması sahəsində görülən işlər haqda məlumat veriblər.



Tədbirdə AMEA Folklor İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin təqdim etdiyi slayd nümayiş olunub. Filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Folklor İnstitutunun ictimaiyyətlə əlaqələrinin qurulması, elm və elmi biliklərin populyarlaşdırılması sahəsində fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, AMEA-nın müvafiq qurumları ilə ardıcıl əlaqələr qurulub, İnstitut əməkdaşları AMEA sistemində KİV-də ən fəal çıxış edənlər sırasındadırlar. İnstitutun elmi işçiləri folklor, mənəvi dəyərlər, multikulturalizm və başqa uyğun mövzularda televiziya və radio kanallarında ardıcıl çıxışlar ediblər. https://www.youtube.com - da “Folklor İnstitutu” səhifəsi fəa-liyyətə başlayıb. Müəyyən çıxışlar Youtube kanalında yerləşdirilib, www.folklor.az saytında linki verilib.
İnstitut AMEA səviyyəsində keçirilən bütün aidiyyatı tədbirlərdə fəal iştirak edib, fəaliyyətini, uğurlarını əks etdirən bukletlər, videoçarxlar hazırlanıb, çoxsaylı nəşrləri sərgilərdə nümayiş olunub.


AMEA Folklor İnstitutunun wwww.folklor.az saytı haqqında bilgi verən E.Qaliboğlu bildirib ki, sayt 10 ildir fəaliyyət göstərir. Ardıcıl olaraq yenilənir. Materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
İnstitutun facebook.com saytında (sosial şəbəkədə) AMEA Folklor İnstitutunun səhifəsi, eləcə də ayrı-ayrı şöbələrin səhifələri yaradılıb. İnstitutun www.folklor.az saytında son illər nəşr olunan kitab və jurnalların, konfrans materiallarıının pdf. formatı yerləşdirilıb.
AMEA Folklor İnstitutu “Folklor studiyası”nın Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar hazırladığı "Xocalı" filmi internetdə yerləşdirilib: https://www.youtube.com/watch?v=j-AC36NO-is
Qarabağ folklor mühitini Azərbaycan folklorunun tərkib hissəsi kimi tam dolgunluğu ilə əks etdirən 9 kitab (“Qarabağ: folkor da bir tarixdir” 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu cildlər) virtual yayımlanıb – http://folklor.az/qarabaq-folkloru.htm
Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» saytı (www.tedqiqler.net və www.dede-qorqud.net) fəaliyyət göstərib.
Tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb. İdarə ilə ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması üçün elmi bölmələr üzrə bir məsul şəxsin təyin olunması məsələsinə baxılıb, müvafiq qərarlar verilib.
Tədbirin sonunda AMEA ilə əməkdaşlıq edilən qəzet, informasiya agentliyi, xəbər saytları, TV və digər kütləvi informasiya vasitələrində il ərzində gedən materialların statistikası təqdim olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..