Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
8.2.2018

AMEA-nın Folklor İnstitutunda prioritet istiqamətlərdə tədqiqatlar aparılır

Humanitar Elmlər Bölməsinin iclasında AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri çıxış edib. Bölmənin hesabatının həm 2017-ci ilin yekunları, həm də 5 illik bir dövrü əhatə etdiyini deyən alim bu illər ərzində ictimai-humanitar elmlər sahəsində məqsədyönlü tədbirlərin, çoxprofilli islahatların həyata keçirildiyini bildirib. O, folklorşünaslıq sahəsində multidissiplinar tədqiqatların aparıldığını, humanitar elmlər sahəsindəki işin müasir tələblər səviyyəsində yenidən qurulduğunu diqqətə çatdırıb.

S.Xavəri 5 il ərzində bölmədə Azərbaycan xalqının mədəniyyəti, dili, tarixi, etnoqrafiyası və folklorunun öyrənilməsi sahəsində tədqiqatların aparıldığını, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsi, xüsusən azərbaycançılıq ideologiyasının nəzəri-fəlsəfi əsaslarının araşdırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü nəzərə çatdırıb.

Son dövrlərdə bütün dünyada humanitar dəyərlərə münasibətin kütləvi şəkildə dəyişdiyini söyləyən məruzəçi AMEA-nın bu sahədəki dünya çağırışlarına cavab verdiyini, ölkəmizdə ardıcıl olaraq humanitar forumların təşkil edildiyini deyib. Bildirib ki, qloballaşan dünyada humanitar elmlər müxtəlif transformasiyalara məruz qalmışdır. Hazırda dünyanın bir çox nüfuzlu alimləri, elmi mərkəzləri humanitar elmin əsas missiyasının nədən ibarət olduğuna dair suallar ətrafında düşünürlər.

Alim AMEA Folklor İnstitutunda 2 ilə yaxındır ki, institutun gənc alimlərinin araşdırmaları nəticəsində folklorun sosioloji, antropoloji, psixoloji və kulturoloji aspektlərinin araşdırıldığını qeyd edib. Onun sözlərinə görə, hazırda folklor elminin sosial və kommunikativ aspektləri, onun müasir dövrdə funksional dinamikasının izlənilməsi, yeni etnokulturoloji və İnternet mühitində folklor proseslərinin öyrənilməsi qarşıda duran əsas vəzifələrdəndir. S.Xavəri bu istiqamətdə tədqiqatların ABŞ universitetləri ilə birgə aparıldığını və müəyyən nəticələrin əldə olunduğunu da diqqətə çatdırıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..