FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MAKEDONİYANIN OHRİD ŞƏHƏRİNDƏ KEÇİRİLƏN KONFRANSDA OLMUŞLAR
 17-19 yanvar tarixlərində Makedoniyanın Ohrid şəhərində “Diaspora, transmillilik, transkulturalizm və mədəniyyətlərarasi əlaqələr sosial kapitalin yeni formasi kimi” mövzusunda VI beynəlxalq konfrans keçirilmişdir. Konfransda Folklor İnstitu¬tunun əməkdaşları – “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, dos. Afaq Ramazanova “Azərbaycan multikulturalizm mühitində lahıclar və lahıc folkloru”, İnstitutunun böyük elmi işçisi Sahibə Paşayeva “Azərbaycan qəhrəmanlıq dastanlarında mədəni irs məsələləri” və dos. Sönməz Abbaslı “Kitabi-Dədə Qorqud”un xarici dillərdəki nəşrləri” mövzusunda məruzələrlə çıxış ediblər. Konfransda Azərbaycanı həmçinin “Miras” ictimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Azərbaycan Texniki Universitetinin professoru, tarixçi alim Şikar Qasımov təmsil ediblər. Qeyd edək ki, bu konfransda dünyanın 14 ölkəsindən nümayəndələr iştirak edib.



 |