Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
18.1.2018

Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Yanvarın 17-də AMEA Folklor İnstitutunda 20 Yanvar facəsinə həsr olunmuş anım tədbiri keçirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb. 20 Yanvarı tariximizin qəhrəmanlıq səhifəsi adlandıran akademik M.Kazımoğlu-İmanov bildirib ki, “keçmiş SSRİ məkanında azadlıq mücadiləsinin ən kəskin meydanlardan biri Azərbaycan olub. Moskva bunu dərhal hiss edib, müxtəlif vasitələrlə bu dalğanı susdurmağa çalışıb. 20 Yanvar bunun qanlı zirvəsi olub. Tarix az sonra sübut etdi ki, bu hadisələr xalqın azadlığı uğrunda mübarizə işidir. Təsadüfi deyil ki, indi şəhidlərimizin uyuduğu yer xalqımız üçün and yeridir”.


“Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat çıxışında 20 Yanvar faciəsinin baş verdiyi vaxt Özbəkistanda aspiranturada oxuduğunu, orada da özbək xalqı tərəfindən bu hadisənin hiddətlə qarşılandığını bildirib.
Fil.ü.f.d., şair Nizami Muradoğlu da faciə ilə bağlı təəssüratlarını bölüşüb, bildirib ki, şəhidlər olmayan yerdə qələbə də olmur: “20 Yanvar faciəmiz olduğu qədər də bizə xalq olaraq şərəf gətirən hadisədir”. O, bu mövzuda yazdığı şeirini oxuyub.


“Mifologiya” şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy çıxıçında bildirib ki, 20 Yanvara gələn yol xalqımızın tarixi taleyindən keçib gəlir: “Bu faciə ruh yaddaşımzda dərin kök salıb. O zaman şəhidlərin dəfni millətimizin özünütəşkil potensiyasının ifadəsi idi”.
Təddirdə fil.ü.f.d. Şakir Albalıyev 20 Yanvar faciəsinin 1990-cı ildə Cəbrayılda, Qarabağ qazisi Həsən Hüseyni isə Zəngilanda ümumxalq hiddəti ilə qeyd edildiyini bildirib, əsasən şahidi olduqları hadisələrindən danışıblar.
Sonda AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov anım tədbirini yekunlaşdırıb, bildirib ki, bir xalq olaraq bu günü heç zaman unutmamalıyıq.
Tədbirdə İnstitutun Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sənədli film də nümayiş etdirilib .

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008..