Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
11.12.2017

Qarabağ lətifələri maraqlı bir formatda

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA Folklor İnstitutunun birgə layihəsi olan və Qarabağ folkloruna həsr olunan açıqçaların növbəti cildi işıq üzü görmüşdür. Qarabağ lətifələrinə hərs olunan həmin açıqçalarda Folklor İnstitutunun 2012-2015-ci illərdə Qarabağ və ətraf rayonlardan topladığı 12-yə qədər seçmə lətifə yer almışdır.


Qarabağ Azərbaycan folkloruna Abdal Qasım, Aşıq Abbas, Baqi, Kalvalı, Bavış kimi onlarla yeni lətifə qəhrəmanı bəxş etmiş, ənənəvi lətifələrin bölgəyə xas yeni variantları formalaşmışdır. Açıqçaların buraxılmasında da məqsəd bölgənin zəngin folklor irsini gənc nəslə, Azərbaycana gələn əcnəbi qonaqlara tanıtmaq və təbliğ etməkdir. Açıqçaların maraqlı bir formatda – mətnlə təsvirin bir arada verilməsi lətifələrin təsir gücünü artırmış, onların yadda qalmasına və qavranılmasına kömək etmişdir. Açıqçaların mətninin tərtibçisi AMEA Folklor İnstitutunun əməkdaşı İlkin Rüstəmzadə, rəssamı isə “Göyərçin” jurnalının məsul katibi İlqar Mehdiyevdir.


Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə Folklor İnstitutunun əməkdaşlığı üç il bundan əvvəl “Qarabağ əfsanələri”, “Qarabağ mifləri” adlı açıqçaların buraxılması ilə başlamışdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.