Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR





Sayğac
free counters
 
11.12.2017

Folklor İnstitutunun Elmi Şurasında 2017-ci ilin elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat dinlənilib

 

Dekabrın 6-da AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözüylə açan İnstitutun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanov gündəlikdə bir məsələnin - Folklor İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatın olduğunu bildirib. İnstitutun elmi katibi, fil.ü.f.d., dos. Elçin Abbasov illik hesabatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb və ilk olaraq bildirib ki, bu il də İnstitut Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabineti qərarlarının, Dövlət Proqramlarının icrası ilə bağlı çoxsaylı işlər həyata keçirib:

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı aşağıdakı tədbirlər həyata keçirilib:

1.AMEA Folklor İnstitutunun ardıcıl fəaliyyət göstərən saytı “www.folklor.az”ın materialları Azərbaycan dili ilə yanaşı ingilis dilində də yayımlanıb.

2. İnstitutun facebook.com saytında (sosial şəbəkədə) AMEA Folklor İnstitutunun səhifəsi, eləcə də ayrı-ayrı şöbələrin səhifələri yaradılıb:

3. https://www.youtube.com - da “Folklor İnstitutu” səhifəsi fəaliyyətə başlayıb.

4. İnstitutun www.folklor.az saytında son illər nəşr olunan kitab və jurnalların, konfrans materiallarıının pdf formatı yerləşdirilıb.

5. AMEA Folklor İnstitutu “Folklor studiyası”nın Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar hazırladığı "Xocalı" filmi internetdə yerləşdirilib.

6. Qarabağ folklor mühitini Azərbaycan folklorunun tərkib hissəsi kimi tam dolgunluğu ilə əks etdirən 9 kitab (“Qarabağ: folkor da bir tarixdir” 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu cildlər) virtual yayımlanıb.

7. İnstitutun direktoru, akademik Muxtar İmanovun Azərbaycanın xalqının bugünkü folkloru və mənəvi mədəniyyəti mövzusunda “TEAS” beynəlxalq jurnalına verdiyi müsahibə ingilis dilində, Azərbaycan mədəniyyət örnəklərinin ermənilər tərəfindən mənimsənilməsi barədə “Elm” qəzetinə verdiyi müsahibə (Мухтар Иманов: «Азербайджан дает достойный отпор армянскому культурному воровству», "Elm" qəzeti) rusca internetdə yayımlanıb.

10. İnstitut əməkdaşlarının Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı ``Mühazirə``, "Ovqat" “Klassik irsimizdən” və b. televiziya verilişində çıxışları internetdə yerləşdirilib və s.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli, 2597 nömrəli Sərəncamının icrası ilə bağlı 2017-ci il 21 iyun tarixində Folklor İnstitutu “Molla Pənah Vaqif və folklor” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirib. Konfransın materialları kitab halında çap edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı Folklor İnstitutu Hüseyn Cavidin Ev-Muzeyi ilə birlikdə 29 iyun 2017-ci il tarixində “Bülbül və folklor” mövzusunda elmi sessiya təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı AMEA Folklor İnstitutunda cari ildə aşağıdakı işlər həyata keçirilib:

1) İnstitut Konsepsiyada mədəni irsin qorunması barədə müddəalara adekvat olaraq, Azərbaycan folklorunun müasir elmi prinsiplərə uyğun şəkildə toplanması, konservasiyası və nəşri istiqamətində irimiqyaslı işlər görüb. İnstitutun əməkdaşları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən Azərbaycanın qeyri-maddi mədəni irsin reyestri üçün 10 m.v. həcmində material hazırlayıblar.

2) İnstitut Azərbaycanda yaşayan milli azlıqların və etnik qrupların qeyri-maddi mədəni irsinin toplanması, azərbaycançılıq məfkurəsi mövqeyindən tədqiq olunması, Azərbaycanın tolerant və multikultural ölkə kimi tanıdılması sahəsində də işlər görüb. İl ərzində ləzgi, avar, saxur, lahıc folklor örnək¬ləri toplanaraq çapa təqdim edilib. 2017-ci ildə “Azsaylı xalqların folkloru” seriyasından iki kitab nəşr olunub (Azsaylı xalqların folkloru, II kitab. Toplayıb, tərtib edənlər: A.Əhmədli, D.Əliyev. Bakı, Elm və təhsil, 2017, 196 səh.; Azsaylı xalqların folkloru, III kitab. Mənim şair xalqım. Toplayıb, tərtib edən: S.Kərimova. Bakı, Elm və təhsil, 2017, 394 səh.).

3) Bu istiqamətdə Folklor İnstitutunda daha bir layihənin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə “Folklorda azərbaycançılıq və multikultuiralizm” layihəsinin (may 2017-may 2018) icrasına başlanılıb.

4) Azərbaycanda və İslam coğrafiyasında yayğın xalq oyunları və meydan tamaşaları barədə əhatəli məlumat kitabı (Nailə Əskər. İslam coğrafiyası və Azərbaycanda oyunlar. Bakı, Elm və təhsil, 2017, 160 səh.) nəşr olunub.

5) AMEA RH tərəfindən tövsiyə olunmuş və Folklor İnstitutunda həyata keçirilən “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” (2015-2017) proqramının icrası çərçivəsində dövlətçilik tariximizlə bağlı simvolların folklor semantikasının öyrənilməsi ilə bağlı tədqiqatlar aparılıb.

6) Folklor İnstitutu xalq musiqi ifaçılığı və yaradıcılığının təşviq edilməsi istiqamətində də işlər görüb. İnstitutda Azərbaycan aşıq repertuarını əks etdirən növbəti müsiqi albomu (“Azərbaycan xalq dastanlar. III albom, 2017) hazırlayıb. 3 diskdən ibarət alboma Azərbaycan dastanları haqqında Azər¬baycan, rus və ingilis dillərində məlumat verilən kitabça əlavə edilib.

Sonra elmi-tədqiqat işləri barədə məlumat verilib:

2017-cı ildə İnstitutda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 44 iş əsasında tədqiqatlar aparılıb. Onlardan, plana uyğun olaraq, 24-ü bu il tamamlanıb.

İnstitutda şifahi bədii düşüncənin genetik qaynağını təşkil edən mifologiya ilə bağlı tədqiqatlar «Azərbaycan (türk) mifologiyası: nəzəriyyəsi və təcrübəsi» probleminə daxil olan «Azərbaycan (türk) mifologiyasının tədqiqi, mətnlərin toplanması və nəşri» mövzusu əsasında öyrənilir. Bu mövzu üzrə aşağıdakı işlər görülüb:

“Müasir Azərbaycan folklorşünaslığında epik informasiyanın semiotik modelləşdirilmə təcrübəsi” ( 4 m .v., 2016-2017, «Mifologiya» şöbəsinin böyük e.i., fil.ü.f.d. Şakir Albalıyev), “Azərbaycan folklorunda demonik obrazlar” ( 2 m .v. 2016-2017, “Mifologiya” şöbəsinin e.i., fil.ü.f.d. İlhamə Qəsəbova) “Türk epik-mifoloji dünya modelində xaosoloji ritmlər, ritmqurucu elementlər və alqoritmlər” ( 3 m .v. 2017, “Mifologiya” şöbəsinin müdiri., fil.ü.e.d. Seyfəddin Rzayev), “Yaradılış mifləri: epik-kosmoqonik semantika” ( 2 m .v., 2017, “Mifologiya” şöbəsinin b.e.i., fil.ü.f.d. Elçin İmaməliyev), “Azərbaycan folklorunda Molla Nəsrəddin: obrazın arxaik semantikası ( 3 m .v. 2017, “Mifologiya” şöbəsinin e.i., fil.ü.f.d. Hikmət Quliyev) kimi işlər yerinə yetirilib.

İnstitutda aparılan elmi tədqiqatların böyük əksəriyyəti «Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri» problemi əsasında həyata keçirilir. Bu problemə daxil olan «Azərbaycan folklorunun tarixi və nəzəri məsələləri» mövzusu ilə bağlı aşağıdakı işlər bitib:

“Azərbaycan mərasim folklorunda İslam” ( 6 m .v., 2015-2017, “Mərasim folkloru” şöbəsinin a.e.i., fil.ü.f.d. Qalib Sayılov), “Azərbaycan folklorunda Həzrət Əli kultu” ( 5 m .v., 2015-2017, “Folklorun toplanması və sistemlədirilməsi” şöbəsinin e.i., fil.ü.f.d. Qədim Qubadov), “Həmid Araslının folklorşünaslıq fəaliyyəti” ( 6 m .v., 2016-2017, “Klassik folklor” şöbəsinin e.i. Vüsal Səfiyeva), “Ənənəvi mədəniyyət və onun təbiət nizamına münasibəti” ( 4 m .v., 2016-2017, “Klassik folklor” şöbəsinin a.e.i., fil.ü.e.d. Cəlal Bəydili), “Azərbaycan folkloru materiallarının tərtibi təcrübəsi və tarixi” ( 4 m .v., 2016-2017, “Dədə Qorqud” şöbəsinin e.i.. Xuraman Kərimova), “Xınalıq folklorunun özünəməxsus xüsusiyyətləri” ( 4 m .v., 2016-2017, “Dədə Qorqud” şöbəsinin e.i. Xalidə Məmmədova), “Azərbaycan toy folkloru: özünəməxsusluq və umumbəşərilik” ( 3 m .v., 2017, “Klassik folklor” şöbəsinin aparıcı e.i, fil.ü.f.d. Mətanət Yaqubqızı) işləri tamamlanıb.

«Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri» probleminə daxil olan «Aşıq yaradıcılığının araşdırılması» mövzusu üzrə aşağıdakı işlər tamamlanırb:

“Xəstə Bayraməlinin poetik yaradıcılığı” (4 m.v, 2016-2017, «Aşıq yaradıcılığı» şöbəsinin e.i. Maşallah Xudubəyli), “Türk dastançılıq ənənəsində “Tahir-Zöhrə”” (2 m.v, 2017, «Klassik folklor» şöbəsinin e.i. Nurlana Məmmədova), “Aşıq Şakir və Şirvan aşıq məktəbi” (2 m.v., 2017, «Aşıq yaradıcılığı» şöbəsinin a.e.i., fil.ü.e.d. Seyfəddin Qəniyev).

«Folklor mətnlərinin toplanması, tərtibi və nəşri» mövzusu ilə bağlı aşağıdakı işlər bitib:

“H.Sarabskinin şəxsi fondundakı folklor materiallarının sistemləşdirilməsi və çapa hazırlanması” (4 m.v., 2016-2017, “Klassik folklor” şöbəsi, kollektiv); “Folklor mətnələrinin dövlət reysteri üçün arayışların hazırlanması və materialların toplanması” (10 m.v., 2017, “Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi, kollektiv”), “A.Baqrinin “Qafqazda xalq ədəbiyyatı” kitabının rus dilindən tərcüməsi və nəşrə hazırlanması (2017, 3 m.v., “Klassik folklor” şöbəsi, kollektiv).

«Qorqudşünaslıq: nəzəriyyəsi və təcrübəsi» probleminə daxil olan “Kitabi-Dədə Qorqud”un tədqiqi (poetika, mətnşünaslıq, ideya-məzmun problemləri)» mövzusu ilə bağlı aşağıdakı işlər tamamlanıb:

“Dədə Qorqud kitabı”nın biblioqrafik göstəricisi” (5 m.v., 2015-2017, «Dədə Qorqud» şöbəsinin b.e.i., fil.ü.f.d. Nailə Əsgər), “Dədə Qorqud kitabı”nın Drezden nüsxəsinin şərhli oxunuşu: 4-cü, 5-ci, 6-cı boyların şərhli oxunuşu” (6 m.v., 2015-2017, «Dədə Qorqud» şöbəsinin b.e.i., fil.ü.f.d. Asif Hacıyev), “Dədə Qorqud kitabı”nda igidlik konsepti” (3 m.v., 2015-2017, «Dədə Qorqud» şöbəsinin b.e.i., fil.ü.e.d. Məmmədəli Qıpçaq).

«Türk xalqları folklorunun nəzəriyyəsi və təcrübəsi» probleminə daxil olan «Türk xalqları folklorunun araşdırılması» mövzusu türk xalqları folklorunu elmi obyekt kimi götürməyi nəzərdə tutur. Bu mövzu ilə bağlı aşağıdakı işlər yerinə yetirilib:

“Özbək folkloru” (6 m.v., 2015-2017, «Türk xalqları folkloru» şöbəsinin b.e.i., fil.ü.f.d. M.Məmmədova-Kekeç), «Türk xalqlarında uşaq oyunları” (4 m.v., 2016-2017, «Türk xalqları folkloru» şöbəsinin e.i., fil.ü.f.d. Məleykə Məmmədova).

«Türk xalqları folklorunun tərcüməsi, transleterasiyası və nəşri» mövzusu üzrə:

“Qırğız atalar sözlərinin tərcüməsi” (4 m.v., 2016-2017, «Türk xalqları folkloru» şöbəsinin a.e.i., fil.ü.f.d. Adil Cəmil) işi bu il tamamlanıb.

Mühüm nəticələr kimi təklif olunub:

1. İŞİN ADI: Qarabağda xalq oyunları və meydan tamaşaları: genezisi, tipologiyası və poetikası. Bakı, Elmin İnkişafı Fondu, “OL” NPKT, 2017.

PROBLEM: Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri.

İŞİN RƏHBƏRİ: “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat.

Elmin İnkişafI Fondunun dəstəyi ilə həyata keçirilmiş layihə əsasında hazırlanmış kitabda Qarabağ bölgəsinin xalq oyunları və meydan tamaşaları müasir dünya elminin oyun və xalq teatrı ilə bağlı ən qabaqcıl nəzəriyyələri kontekstində araşdırılmış, ilk dəfə bir bölgənin xalq oyun mədəniyyəti bütöv halda təqdim olunub. Qarabağ bölgəsinə aid xalq oyun və meydan tamaşaları sistemləşdirilib, onların genezisi, tipologiyası və poetik mətnləri haqqında elmi-nəzəri fikir formalaşdırılıb. Tədqiqata əlavə olaraq, ktaba Qarabağ sakinlərindən toplanmış 88 xalq oyunu və 6 meydan tamaşası daxil edilib. Kitab Azərbaycanın mövcud ənənəvi mədəniyyət resurslarının yeni aspektlərdən öyrənilməsi və ölkəmizin qədim mədəniyyət diyarı kimi dünyada tanıdılması işinə dəyərli tövhədir.

İŞİN HƏCMİ: 20 ç.v.

İCRAÇI: Kollektiv.

2. İŞİN ADI: Güney Azərbaycan folklor örnəkləri (VI cild). Bakı, Elm və təhsil, 2017.

PROBLEM: Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri.

İŞİN RƏHBƏRİ: İnstitutun direktoru, akademik Muxtar İmanov.

Müasir Güney aşıqılarının repertuarını əks etdirən 12 dastan və 1 aşıq deyişməsi ilk dəfə olaraq çap edilib. “Yusif və Züleyfa”, “Şirin ilə Fərhad”, “Yadigar və Gülabatın”, “Tufarqanlı Abbas və Gülgəz”, “Gərgərli Məhəmməd və Məhparə xanım” və b. dastanların mətni aşıqların canlı ifasından yazıya alınıb. Aşığın dinləyici ilə birbaşa təması prosesində aşıq improvizasiyaları və söhbətləşmələr mətnlərdə olduğu kimi saxlanılıb.

İŞİN HƏCMİ: 416 səh..

İCRAÇI: Kollektiv.

Elmi-tədqiqat proqramları:

Folklor İnstitututunda 2017-cı ildə AMEA xətti ilə “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” (2015-2017) və “Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri” (2016-2017) proqramları cərçivəsində işlər davam etdirilib.

Fundamental elmin təhsillə əlaqəsi:

Folklor İnstitutu ölkəmizin ali təhsil müəssisələri ilə əlaqələrini daha da genişləndirib.

Folklor İnstitutu orta məktəblərdə dil, ədəbiyyat və folklorla bağlı tədbirlər keçirib.

Beynəlxalq əlaqələr:

İnstitutun əməkdaşları xarici ölkələrdə (Almaniya, İtaliya, Türkiyə, Rusiya, Bolqarıstan, Qazaxıstan) çoxsaylı tədbirlərə qatılıblar.

Qrantlar:

Folklor İnstitutunun “Folklorda Azərbaycançılıq və multikultuiralizm” layihəsi 2016-cı ildə Azərbaycan Respublikası Rrezidenti yanında Elmin İnkişafı Fondunun əsas qrant müsabiqəsinin qalibi olub. Layihə ilə bağlı işlər 2017-ci ilin mayından başlayıb.

Sönməz Abbaslı, Sərxan Xavəri, Hikmət Quliyev, Səfa Qarayev “SOCAR AQŞ” MMC-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Abşeron Qazma Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti) “Molla Nəsrəddin lətifələrində ənənəvi xalq müdrikliyinin multidissiplinar (kulturoloji, fəlsəfi və psixoloji) tədqiqi və müasir sosial-mədəni mühitdə populyarlaşdırılması” layihəsində iştirak ediblər.

Elektron elmin vəziyyəti:

2017-ci ilin I yarısında İnstitutun nəşr etdiyi toplular və elmi araşdırmaların mətni İnstitutun www.folklor.az saytında yerləşdirilib.

Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» saytı ( www.tedqiqler.net və www.dede-qorqud.net ) fəaliyyət göstərib.

İnstitut əməkdaşlarının 5-i xaricdə olmaqla 40 kitabı nəşr olunub.

Qeyd olunub ki, İnstitutda 211 əməkdaş çalışır. Onlardan əvəzçilərlə birgə 115-i elmi işçi (tam ştat üzrə 1001), 2-si AMEA-nın həqiqi, 1-i müxbir üzvü, 15 nəfəri elmlər doktoru, 48 nəfəri isə fəlsəfə doktorudur. Elmi işçilərin orta yaş həddi 46-dır.

İnstitutda elmlər doktoru proqramı üzrə 1 əyani, 4 qiyabi doktorant, 11 dissertant, fəlsəfə doktoruluğu üzrə 10 (6 əyani, 4 qiyabi) doktorant, 10 dissertant hazırlıq keçib.

AMEA Folklor İnstitutu nəzdində 5719.01 – “Folklorşünaslıq” və “Türk xalqları ədəbiyyatı” ixtisasları üzrə FD.01.201 Dissertasiya Şurası fəaliyyət göstərib. İnistitutun 1 əməkdaşı professor, 3 əməkdaşı dosent elmi adı alıb.

Elmi-təşkilati fəaliyyət:

Hesabat dövründə İnstitutun struktur vahidləri kimi “Mifologiya”, “Klassik folklor”, “Dədə Qorqud”, “Aşıq yaradıcılığı”, “Türk xalqları folkloru”, “Mərasim folkloru”, “Müasir folklor”, “Musiqi folkloru”, “Folklor və yazılı ədəbiyyat”, “Folklorun toplanması və sistemləşdirilməsi”, “Cənubi Azərbaycan folkloru”, “Azsaylı xalqların folkloru”, “Təhsil” şöbələri, Folklor fondu, “Qorqud” folklor ansamblı, Kitabxana, “Şəki”, “Qazax-Borçalı”, “Xarici əlaqələr”, “Redaksiya-nəşr” bölmələri fəaliyyət göstərib.

İnstitut bu il respublika səviyyəli 13 tədbir təşkil edib: 3 elmi konfrans, 1 elmi sessiya, 3 seminar, 4 təqdimat mərasimi, 1 folklor konsert proqramı, 1 anım tədbiri keçirib.

Təltiflər, uğurlar: Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov AMEA-nın vahid namizədi kimi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yenidən üzv seçilib. Şuranın 18 aprel 2017-ci il tarixli iclasında isə yekdil qərarla M.İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.

2 may 2017-ci il tarixində AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərdə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, prof. Muxtar Kazımoğlu-İmanov “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın həqiqi üzvü, Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyev “Folklorşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçiliblər.

AMEA Folklor İnstitutu “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı, şair Nizami Muradoğlu “Avropa Nəşr Mətbuat Evi” Mükafat Komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, elmi-bədii-publisist kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə filologiya elminin inkişafında göstərdiyi xidmətlərə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

“Mifologiya” şöbəsinin b.e.i. Elçin İmaməliyev 2017-ci ilin iyulunda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçirdiyi müsabiqədə aidiyyəti istiqamət üzrə I yer (istiqamət: "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" , yazı: "Azərbaycan balabanı: ənənə necə yaşadılır? ") tutub, diplomla mükafatlandırılıb.

İclasda iştirak edən AMEA-nın müxbir üzvü Tehran Alışanoğlu Folklor İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib.

AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanov növbəti ildə də Folklor İnstitutu kolektivinin qarşıya qoyduğu məsələlərin həllində həmişə olduğu kimi inamla çalışacağına əminliyini bildirib.

Sonda İnstitutun 2017-ci il üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabat qənaətbəxş sayılıb, yekdilliklə qəbul olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2018.