Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
30.11.2017

Əməkdaşımız Türk Dünyası Strateji Araşdırmaları Konqresində iştirak edib

AMEA Folklor İnstitutunun “Türk xalqları folkloru” şöbəsinin əməkdaşı, fil.ü.f.d. Tahir Nəsib 2-5 noyabr tarixində Antalyada keçirilən Türk Dünyası Strateji Araşdırmaları Konqresində iştirak edib. Manisa Cəlal Bayar Universitetinin Strateji Araşdırmalar Dərnəyinin təşkilatçılığı ilə keçirilən Konqresin işində TİKA, Bursa Uludağ Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qazaxıstan Əhməd Yəsəvi Universiteti, Qırğızıstan Cəlal-Abad İqtisad və İdarəçilik Universiteti, Makedoniya Beynəlxalq Vision Universiteti dəstək verən qurumlar kimi iştirak edirdilər.
Konqresdə Türk dünyasından olan alimlərdən başqa, fərqli regionlardan olan türkoloqlar da iştirak edib, 156 məruzə dinlənilib, türk mədəniyyətini təbliğ edən tədbirlər həyata keçirilib. Mədəni tədbirlər çərçivəsində tanınmış türk müğənnisi və aparıcı Bünyamin Aksunqurun ifa etdiyi mahnılar içərisində Azərbaycan musiqisinə, xalq mahnılarına xüsusi yer ayrılıb.
Tahir Nəsib konqresdə “Ural-altayların qədim inanclarına aid qavrayışların müasir türk dillərində yaşama şəkilləri” mövzusunda məruzə ilə çıxış edib. Zəngin faktları əhatə edən məruzədə qədim inancların müasir toponim və hidronimlərdə, şəxs adlarında, nəğmələrdə və s. yaşama şəkilləri haqda geniş elmi məlumat verilib. Məruzə konqres iştirakçılarının marağına səbəb olub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.