Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
23.10.2017

“Folklor və dövlətçilik düşüncəsi” (II cild) işıq üzü görüb

“Folklor və dövlətçilik düşüncəsi” (II cild) adlı kitab (Bakı, Elm və təhsil, 2017, 260 səh.) AMEA Rəyasət Heyətinin qərarı ilə tövsiyə edilmiş elmi tədqiqat proqramı (“Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramların folklor baxımından genezisi”) çərçivəsində AMEA Folklor İnstitutu tərəfindən nəşr olunub. Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanovdur.
Kitab¬da fil.ü.e.d., prof. Ramazan Qafarlının “Qədim türk mifoloji-folklor irsinin araşdırılmasında və təbliğində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rolu”, fil.ü.f.d., dos. Ağaverdi Xəlilin “Heydər Əliyev siyasi kursu və folklorda yaşayan dəyərlərimiz”, fil.ü.e.d. Seyfəddin Rzasoyun “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığı: nəzəri-metodoloji axtarışlar və tədqiqat istiqamətləri”, fil.ü.e.d. Almaz Həsənqızının “Azərbaycan mühacirət folklorşünaslığı çağdaş elmi-nəzəri fikir kontekstində”, fil.ü.f.d. Mətanət Abbasovanın “Müstəqillik dövrü Azərbaycan folklorşünaslığında Cənubi Azərbaycan folkloru məsələləri”, fil.ü.f.d. Nizami Muradoğlunun “Çağdaş şeirimizdə istiqlal düşüncəsi və onun folklor qaynaqları”, Sevda Kərimovanın “Folklorla bağlı qanunvericilik”, fil.ü.e.d., dos. Əfzələddin Əsgərin “Oğuznamədə “üçox” və onun arxaik semantikası”, fil.ü.f.d., dos. Elçin Abbasovun “Türk dövlətçilik ənənəsində əjdaha və aslan (bars) simvolları və onların dini-mifoloji kökləri”, fil.ü.f.d., dos. İlkin Rüstəmzadənin “Folklorda “Padşah oyunu” və onun arxaik kökləri”, fil.ü.f.d. Bilal Alarlı-Hüseynovun “Saray şatırları və şatır oyunu”, fil.ü.f.d., dos. Aynur Cəlilovanın “Azərbaycan, İraq və İran türklərinin təbiətlə bağlı xalq oyunları, meydan tamaşaları” kimi yazılar yer alıb.
Dövlətçilik tarixi-ictimai mədəniyyətin ən yüksək formasıdır. Bu mədəniyyətə sahib olmayan xalqlar milli varlıqlarını qoruya bilməyiblər. Bu mədəniyyətin və ənənənin qorunmasını isə xalqın mənəvi bütövlüyünü təşkil edən ehtiyatlar, o cümlədən folklor yaddaşı təmin edir. Bu mənada folklor və dövlətçilik bir-birinə sıx surətdə bağlı, üzvi vəhdət təşkil edən məsələlərdir. Cəmiyyət dünyəvi qanunlara zaman-zaman uyğunlaşır, ancaq milli əxlaqa, milli ənənəyə və milli davranışa sıx bağlı olan qanunlar ictimai münasibətlərdə dərhal öz təsdiqini tapır.
Folklorun tarixən dəyişməz qalan funksiyası məhz milli düşüncə sistemi və milli davranış formulları vəzifəsini yerinə yetirməsidir. Bu isə Azərbaycan və ümumtürk folklor düşüncəsinin aktual olan simvol və formullarının öyrənilməsini birbaşa nəzərdə tutur.
Kitabda türk dövlətçilik düşüncəsi üçün xarakterik olan simvolların folklor materialları əsasında tədqiqi, milli etiket, mərasim və bayramların etnosun total davranış formulu və özünütəşkiletmə modeli kimi rekonstruksiyası diqqət çəkən məsələlərdir.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.