Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
17.10.2017

Akademik Muxtar Kazımoğlu-İmanov Səmərqənddə keçirilən beynəlxalq simpoziumda iştirak edib

13-14 oktyabr 2017-ci il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində TİKA, Hacı Bektaş Vəli Kültür Dərnəyi, Səmərqənd Dövlət Universiteti, Muğla Sıtkı Koçman Universiteti və Dünya Göz Akademiyasının birgə təşkilatçılığı ilə “Orta əsrlərdə Səmərqənd mədrəseyi-alilərinin İslam mədəniyyəti və təhsil sisteminin inkişafında rolu” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilmişdir. Səmərqənd Dövlət Universitetinin yaradılmasının 90, Uluğ Bəy Mədrəsəsinin yaradılmasının 600 illiyinə həsr olunmuş simpoziumda AMEA Folklor İnsti¬tutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da iştirak edib.


Almaniya, Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdən soxsaylı elm və mədəniyyət xadimlərinin qatıldığı tədbirdə akademik M.Kazımoğlu-İmanov “Dərvişlərlə bağlı inancların iki fərqli istiqaməti” adlı məruzə ilə çıxış edib. Məruzədə xalq ədəbiyyatında dərvişlərə ikili – həm müsbət, həm də mənfi münasibətin izahı əksini tapıb. Məruzədə qeyd olunub ki, nağıl və dastanlarda dərvişlərin həm xeyirxah, həm də bədxah qüvvəni təmsil etdiyinin şahidi oluruq. “Real həyatda dərvişlər rəğbətlə qarşılandıqları kimi, təqib və təzyiqlərə də məruz qalıblar. Dərvişlərə bu cür ikili münasibətin səbəbi dərvişlərin hansısa konkret təriqətə mənsub olmasından daha çox aşağıdakı iki məsələ ilə izah edilə bilər: 1) dərvişliyin kök etibarilə şamançılığa bağlı olması; 2) dərvişlərin öz hərəkətlərində sərbəstliyə can atması. Dərvişlərin xeyirxah və bədxah qütblərinə ayrılması şamanların ağ şaman və qara şaman qütblərinə ayrılması ilə səsləşir. Dərvişlərin göstərdikləri müxtəlif kəramətlər öz mayasını şaman möcüzələrindən götürür...”.
Akademik M.Kazımoğlu–İmanov həmçinin Simpoziumun bölmə iclaslarından birinə sədrlik edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.