Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
9.10.2017

“Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı elmi konfrans keçirilib

Oktyabrın 5-də AMEA-nın Əsas binasında AMEA Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə folklorşünas-alim Məmmədhüseyn Təhmasibin anadan olmasının 110 illiyinə həsr olunan “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı elmi konfrans keçirilib.


Konfransı giriş sözüylə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu - İmanov açaraq Məmmədhüseyn Təhmasibin 1982-ci iin bu günündə həyatdan getdiyini bildirib: "Məqsəd onun yaradıcılığına yenidən qayıtmaq, elmi və bədii əsərlərini yenidən xatırlamaq, bizimlə bir yerdə olduğuna bir daha inanmaqdır”. O, qeyd edib ki, mərhum alimin Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və araşdırılması istiqamətində mühüm xidmətləri olub. Alimin "Azərbaycan xalq dastanları (orta əsrlər)" əsəri haqda danışan M.Kazımoğlu-İmanov bildirib ki, M.Təhmasib burada dastanların ilk dəfə elmi-nəzəri təsnifatını verib. Habelə M.Təhmasibin ədəbi-bədii yaradıcılıqla da məşğul olduğunu, "Sehrli xalat", "Qaçaq Nəbi", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" kimi populyar filmlərə ssenarilər yazdığını söyləyən akademik onun "Bahar", "Aslan yatağı" və digər pyeslərinin teatrlarda tamaşaya qoyulduğunu diqqətə çatdırıb: "Ötən yüzilin 40-cı illərində "Koroğlu" kimi eposumuzun yenidən tərtib olunması, nəşrə hazırlanması kimi mürəkkəb iş elə bir təhlükəli dövrdə M.Təhmasibin öhdəsinə düşdü. O, çoxlu variantlar içindən "Koroğlu" qollarını ərsəyə gətirib, söz sərrafı kimi dastanı xalqın ruhuna uyğun tərtib edib. Əgər belə olmasaydı, təkcə geniş xalq kütləsinin, geniş aşıq auditoriyasının yox, həm də folklorşünasların stolüstü kitabına çevrilməzdi.O, dəst-xətti, üslubu olan folklorşünas-alimdir".


AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, M.Təhmasib ilk növbədə folklor nəzəriyyəçisidir. O, dastanşünaslığın nəzəriyyəsini yaratmaqla kifayətlənməyib, eyni zamanda mövsüm və mərasim nəğmələrini ilk dəfə nəzəri cəhətdən tədqiq edib. Bu mövzudan bəhs edənlər üçün onun yazdıqları əsas mötəbər mənbədir. Bu, o deməkdir ki, M.Təhmasibin irsi müasirliyini, aktuallığını qoruyub saxlayır. M.Təhmasibin nəzəriyyəçiliyi Jirmunski ilə müqayisə oluna bilər.
Akademik İ.Həbibbəyli folklorşünaslar nəslinin yetişməsində də M.Təhmasibin çox böyük xidmətləri olduğunu bildirib.


Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev M.Təhmasibi uşaq yaşlarından tanıdığını bildirib. Mərhum alimin elmi əsərlərilə folklorumuzu zənginləşdirdiyini deyən K.Abdullayev qeyd edib ki, M.Təhmasibin ssenari müəllifi olduğu "Onu bağışlamaq olarmı?" filmi ilə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə "günah hissi ilə yaşamaq" prinsipi gətirilib.


AMEA-nın müxbir üzvü Kamran Əliyev "Məhəmmədhüseyn Təhmasib məktəbi" adlı məruzəsində bildirib ki, görkəmli alim nədən və necə yazmağı bilirdi. O, hər bir yazısı, kitabıyla gələcəkdə də yaşayacaq.
Fil.ü.e.d., professor Məhərrəm Qasımlı "Folklor karvanımı¬zın ulu sarvanı" adlı məruzəsində alimin qarşılaşdığı çətinliklərdən, özünəməxsus yaradıcılıq prinsiplərindən danışıb.
Fil.ü.e.d., professor Tahirə Məmməd "M.Təhmasib tədqiqatlarında adət, ənənə və mərasim probleminə konseptual baxış" adlı məruzəsində bildirib ki, alimin bu yöndə araşdırmasında ilk dəfə olaraq Azərbaycanda folklorun genezisi etnogenezislə əlaqələndirilib.


Fil.ü.e.d. Seyfəddin Rzasoy "Azərbaycan folklorşünaslıq tarixində M.Təhmasibin yeri" mövzusunda məruzəsində alimin yetişdiyi çətin dövrü, Azərbaycan folklorşünaslığına ciddi təsiri haqqında danışıb. Məruzələrdə M.Təhmasibin elmi fəaliyyətindən ətraflı bəhs edilib, ustad folklorşünasın elmi əsərlərinin bu gün də aktuallığını itirmədiyi vurğulanıb.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Sonda iştirakçılara qatılım bəlgələri təqdim olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.