Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
5.10.2017

AMEA NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

AMEA FOLKLOR İNSTİTUTU

Press-reliz

2017-ci ildə folklorşünas-alim Məmmədhüseyn Təhmasibin (12 aprel 1907 – 05 oktyabr 1982) anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, araşdırılması sahəsində mühüm xidmətləri olan Məmmədhüseyn Təhmasibin elmi əsərləri bu gün də öz dəyərini qoruyub saxlamaqdadır.

M.H.Təhmasibin “Xalq ədəbiyyatımızda mərasim, mövsüm nəğmələri” (1945), “Azərbaycan xalq dastanları (orta əsrlər)” (1965) adlı əsərləri folklorşünaslığımızın fundamental əsərləri sırasındadır. Azərbaycan dastanlarının elmi-nəzəri təsnifatına həsr olunan “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı əsər dastanşünaslıq sahəsində onlarla tədqiqat işinin əsas istinad mənbəyinə çevrilmişdir. O, 1946-1977-ci illərdə “Azərbaycan xalq nağılları”, “Azərbaycan xalq dastanları”, “Koroğlu”, “Molla Nəsrəddin lətifələri”, “Aşıq Ələsgər” və digər xalq ədəbiyyatı örnəklərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında mühüm rol oynamışdır.

Professor Məmmədhüseyn Təhmasib ədəbi-bədii yaradıcılıqla da məşğul olmuşdur. O, "Qaçaq Nəbi", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmlərinin ssenari müəllifidir. M.H.Təhmasibin "Bahar", "Aslan yatağı", "Çiçəklənən arzular", "Hind nağılı", "Rübailər aləmində" və başqa pyesləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur.

M.H.Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur.

Alimin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə 05.10.2017-ci ildə “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirməyi qərara almışdır. Konfransda başlıca məqsəd Məmmədhüseyn Təhmasib yaradıcılığına yenidən nəzər salmaq, ustad folklorşünasın bir vaxt qaldırdığı və bu gün aktual olaraq qalan məsələlərə xüsusi diqqət yetirməkdir.

Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

Tel: (+994 12) 498 81 08, (+994 12) 492 92 48, Faks: (+994 12) 498 16 21 Web: www.folklor.az, E-mail: azfolklor@yahoo.com, tehmasib.folklor@mail.ru

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Güney Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.