Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
26.9.2017

Folklor İnstitutunun alimləri beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər

Sentyabrın 15-17-də Türkiyənin Bolu şəhərində Bolu Valiliyi, Bolu Bələdiyyəsi, Abant İzzet Baysal Universiteti və Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Boludan türk dünyasına “Koroğlu” çalışmalarının dünəni, bugünü, sabahı” Beynəlxalq Çalıştayı keçirilib. UNESKO tərəfindən də dəstəklənən tədbirdə 13 ölkədən 41 alim iştirak edib.


Tədbirdə Azərbaycanı AMEA Folklor İnstitunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və həmin İnstitutun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı təmsil ediblər.
Saygı duruşu və İstiqlal Marşı ilə başlayan açılış proqramında BAMER müdiri Yrd.Doç.Dr. Əzizə Aktaş Yasa, AİBÜ rektoru Prof.Dr. Mustafa Alışarlı, Bolu Bələdiyyə Başqanı Alaaddin Yılmaz ve Bolu Valisi Aydın Baruş çıxış ediblər.

Açılışdan sonra tədbir 11 bölmədə işini davam etdirib. Akademik M.Kazımoğlu-İmanov “Azərbaycan və İranda "Koroğlu" ilə bağlı araşdırmalar" bölməsində “Azərbaycanda Koroğlu ilə bağlı araşdırmaların dünəni, bugünü, sabahı" adlı məruzə ilə çıxış edərək, eposun Sovet dönəmi Azərbaycanda işıq üzü görən mətnlərindəki nöqsanlardan, xalq dastanının ayrı-ayrı qollarının sovet ideologiyasına uyğunlaşmasından danışıb. Alim “Koroğlu”nun toplanıb nəşr olunduğu başqa ölkələrdə də mətnə bu cür müdaxilələrin edildiyini vurğulayayıb və təklif edib ki, Çindən Bolqarıstana və Macarıstana qədər böyük ərazidə yayılan bu eposun XXI əsrdə xalq arasında yaşayan variantları həm lentə, həm də yazıya alınıb nəşr olunsun. M.Kazımoğlu-İmanov qeyd edib ki, “Yaşayan Koroğlu”lar meydana gətirməklə dünya folklorşünaslığında yeni mərhələyə başlamış olarıq. Bununla bağlı olaraq, bu toplantının sonunda bütün ölkələrin təmsil olunan işçi qrupu yaradılmalı və təşəbbüs qarşıdakı iki il ərzində həyata keçirilməlidir. Akademikin təklifi Bolu Bələdiyyəsi və Ege Universitetinin Türk Araşdırmaları İnstitutu tərəfindən dəstəklənərək tədbirin yekun qərarına salınıb.


Fil.ü.e.d. Ramazan Qafarlı “Köroğlu” eposunun Azərbaycanda yayınlanması ve incələnməsi tarixinə qısa baxış” adlı məruzəsində “Koroğlu” eposunun Avropada ilk nəşrlərindən başlamış Azərbaycanda son nəşrlərədək hamısının qısa təsvirini verib, mətnlərdəki nöqsanların səbəblərinə aydınlıq gətirməyə çalışıb.

Qeyd edək ki, tədbirdə akademik Muxtar Kazımoğlu-İmanov “Qazaxıstan və Qırğızıstanda “Koroğlu” ilə bağlı araşdırmalar” bölməsinə (prof. dr. Kənan Ziya Taşla birlikdə), fil.ü.e.d. Ramazan Qafarlı isə “Balkanlarda (Makedoniya) "Koroğlu" ilə bağlı araşdırmalar" bölməsinə (Ege Universitetinin Türk Araşdırmaları İnstitutunun başqanı Metin Ekici ilə birlikdə) başqanlıq ediblər.


Sentyabrın 16-da Türkiyə Mərkəz TV-nin “Bu günə özət” proqramında, canlı yayımda Metin Ekici, Dursun Yıldırım və Ramazan Qafarlının tədbirlə bağlı çıxışları verilib. Sentyabrın 22-də Azərbaycanın İctimai TV-nin səhər verilişində də tədbirlə bağlı əhatəli məlumat verilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.