Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

RAMİZ ƏSGƏR MÜKAFATLARINA YENİLƏRİNİ ƏLAVƏ ETDİ

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər Babur adına beynəlxalq mükafata layiq görülmüşdür.
Azərbaycan alimi bu yüksək mükafata böyük dövlət xadimi, Hindistanda 332 il (1526-1858) hökm sürmüş baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə layiq görülmüşdür.
“Baburnamə” bugünə qədər 30-dan artıq xarici dilə tərcümə edilmişdir. Baburun əfsanəvi həyatı haqqında onlarca roman və povest yazılmışdır.Baburun vətəni olan Əndican şəhərində (Özbəkistan) şairin adını daşıyan beynəlxalq fond, “Babur və dünya mədəniyyəti” adlı muzey fəaliyyət göstərir.Həmin fond hər il Baburun əsərlərini tərcümə edən,onun haqqında elmi araşdırmalar aparan şəxslərə Babur adına beynəlxalq mükafatlar verir.
Ramiz Əsgər bu günə kimi XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair-hökmdar Sultan Hüseyn Bayqaranın “Divan”ını da tərcümə etmişdir.

Bu günlərdə Ramiz Əsgər daha iki kitabı Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan birincisi görkəmli türkmən ədibi Abdulla Şahbəndənin “Seçilmiş əsərlər”idir. Burada onun ən gözəl şeirləri, “Bəhram şah” və “Gül-Bülbül” dastanları verilmişdir. İkinci kitab isə “Türkmən müəmmaları, deyişmələri və vücudnamələri” adlanır. Ramiz Əsgər bunlardan başqa, “Türk xalqları ədəbiyyatı oçerkləri” adlı araşdırma kitabını yazıb nəşr etdirmişdir. Bu kitabda səlcuqlu dövrü ədəbiyyatı, Sultan Hüseyn Bayqara, Mehri Xatun, Babur, Nurməhəmməd Əndəlib, Məxdumqulu Fəraqi, Molla Nəfəs, Abdulla Tukay, Məcid Qafuri və başqa şairlərin həyat və yaradıcılıqları haqqında oçerklər verilmişdir. Ramiz Əsgər “Monqolların gizli tarixi”nin tərcüməsini də başa çatdırmışdır.

Aynur Qəzənfərqızı
AMEA Folklor İnstitutunun əməkdaşı

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.