Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
19.7.2017

Folklorşünaslıq elminin nəzəri-metodoloji problemlərinə həsr olunan seminar keçirilib

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "İctimai-humanitar elmlərin folklorşünaslıq paradiqması: obyekt və predmet müstəvisində" mövzusunda seminarı keçirilib.

Seminarda bir sıra görkəmli folklorşünas alimlər, o cümlədən digər ictimai və humanitar elm sahələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri institutun Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy açaraq seminarın ictimai-humanitar fənn sahəsi kimi folklorşünaslıq elminin nəzəri-metodoloji problemlərinə həsr olunduğunu bildirib. Alim son illərdə folklorşünaslığın müasir istiqamətlərinə dair tədqiqatların, Azərbaycan folklorşünaslığının dünya folklorşünaslığına daxil edilməsi çərçivəsində müzakirələrin aparıldığını söyləyib.

Daha sonra S.Xavərinin məruzəsi dinlənilib.

Alim bildirib ki, yarandığı dövrdən tarixi-müqayisəli metoda əsaslanan və filoloji profilli sahə kimi formalaşan folklorşünaslıq ötən əsrin ikinci yarısından sonra Qərbdə, xüsusilə Amerikada ictimai-humanitar elmi düşüncədə baş verən ciddi paradiqmatik dəyişikliklərə müvafiq olaraq, tamamilə yeni nəzəri-metodoloji baxışlar əsasında multidissiplinar istiqamətdə inkişaf etməyə başlayıb. S.Xavəri bunun səbəbinin Qərb ictimai-humanitar elmlərində baş verən bir sıra fundamental dəyişikliklər olduğunu, bütün elm sahələrindəki nailiyyətlərin isə folklor hadisəsinə və fakturasına münasibətdə sintez edilərək folklorşünaslığın multidissiplinar elm sahəsi kimi sürətli inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Məruzəçi fənn sahəsi olaraq folklorşünaslığın ictimai-humanitar elmi düşüncədə koqnitiv institutlaşmasının mədəni faktın (xalq biliyinin) ümumi mədəniyyət sistemi içərisindən avtonom vahid kimi ayrılaraq humanitar elmi düşüncənin predmetinə çevrilməsi nəticəsində meydana gəldiyini qeyd edib. Bildirib ki, folklorşünaslıqda tədqiqat obyektinin (xalq biliyinin) "kəşf" edilərək elmi humanitar düşüncənin fokus nöqtəsinə gətirilməsi ilə bu fənn sahəsinin özü də yaranıb.

S.Xavəri folklorşünaslığın tarixi inkişaf prosesinin dinamikasını həm diaxron, həm də sinxron modelləşdirmək, bu inkişaf prosesinin müxtəlif mərhələlərində özünəməxsus xüsusiyyətlərini üzə çıxarmaq və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq baxımından bu fənnə məşhur Amerika elmşünası Tomas Kunun "elmi paradiqma" anlayışının işığında, həm də professional elmşünaslıqda kəsb etdiyi mənada yanaşmaq lazım olduğunu söyləyib.

Alim dünya humanitar elmlərinin mütərəqqi təcrübəsinə əsaslanaraq folklorşünaslığın, əsasən "mətn" və "kontekst" mərkəzli folklorşünaslıq paradiqmatik istiqamət bloklarında təmərküzləşdiyi fikrini irəli sürüb.

S.Xavəri folklorşünaslığın bəşəriyyətin sosial tərəqqisinin bütün mərhələlərini elm olaraq anlamaq, bəşər fenomeninin genezisini müəyyənləşdirmək, təşəkkülünü, təkamülünü modelləşdirmək, hətta perspektivini ssenariləşdirmək baxımından digər ictimai fənn sahələri ilə müqayisə oluna bilməyəcək elmi universallığa malik olduğunu vurğulayıb. Qeyd edib ki, folklorşünaslığın əsas strateji hədəfi "folk"da ifadə olunan sosial və "lore"də ifadə olunan kultural sistemlərin vəhdətindən yaranan metamədəni sistemi - folkloru bütün mürəkkəbliyi ilə məhz bu baxış bucaqlarından öyrənməkdir.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.