Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
14.7.2017

"Folklorun funksional strukturu: multidissiplinar kontekst" kitabı çapdan çıxıb

Filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayevin "Folklorun funksional strukturu: multidissiplinar kontekst" kitabı işıq üzü görüb.

Kitabda folklorun funksional strukturu müasir nəzəri-metodoloji yanaşmalar kontekstində multidissiplinar aspektdə tədqiqata cəlb edilib.

Kitabın Sərxan Xavəri tərəfindən yazılmış "Folklorun funksional strukturunun multidissiplinar analizi" adlanan birinci hissəsində fəlsəfi-kulturoloji kontekstdə sosial-mədəni fenomen olaraq folklorun funksional strukturu araşdırılıb. Bu fəsildə folklorun sosial-mədəni sistem bütövlüyü kontekstində daxili funksional strukturu təhlil obyektinə cəlb edilib. Kitabın bu hissəsində, həmçinin folklorun funksional strukturunun beynəlxalq və milli folklorşünaslığımızda araşdırılması təcrübəsi nəzərdən keçirilib, istər milli, istərsə də beynəlxalq səviyyədə bu istiqamətdə irəli sürülən fikir və mülahizələr ümumiləşdirilərək onlardan metodoloji innovasiya statusunda istifadə edilib.

Belə bir nəticəyə gəlinib ki, öz strukturunun funksionallığını bütövlükdə sosial kommunikasiyadan alaraq yaradıcı subyekti baxımından kollektiv antropoloji-emosional maraqların ifadəsi kimi reallaşan xalq mədəniyyətində istər semantik, istərsə də formal səviyyələr strukturu baxımından bu funksionallıqla şərtlənir. Ona görə də daha çox sosialtəmayüllü bir elm sahəsi olan folklorşünaslıqda bu aspekt ciddi olaraq nəzərə alınmalıdır.

Kitabın Hikmət Quliyev tərəfindən yazılmış "Folklor və internet: sosial-mədəni proseslərin virtual mühitə transformasiyası problemləri" adlı ikinci hissəsində ənənəvi folklorun virtual folklora transformasiya problemləri öyrənilib. Bu fəsildə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində folklorun "üz-üzə" ifa modelindən virtual kommunikasiya modelinə keçidinin müxtəlif aspektləri araşdırılıb.

Tədqiqatda əvvəlcə problemin nəzəri-metodoloji aspektləri müəyyənləşdirilib, kommunikasiyanın imkanları ilə sıx bağlı olan folklorun sosial-iqtisadi tərəqqi, o cümlədən sənayeləşmə, şəhərləşmə, virtuallaşma prosesləri zəminində cəmiyyətdə tutduğu mövqe, kəsb etdiyi məna və funksiyası təhlil olunub. Müasir dövrün folklor prosesləri - kənddən şəhərə, şəhərdən virtual dünyaya "köç" məsələsi qeyd olunan problemlərin ardıcıl izlənilməsi əsasında öyrənilib.

Kitabın bu hissəsində müəyyənləşdirilir ki, müasir dövrdə fiziki dünyaya paralel (hətta alternativ) virtual dünyanın sürətlə formalaşması folklorun da rəqəmsal mərhələyə uyğun təşkil olunmasını zəruri edib. Artıq texnoloji əsaslı mühit folklor proseslərinin cərəyan etdiyi ən aktiv sahəyə çevrilib. Bu isə öz növbəsində ənənəvi folklorun yeni təzahür modellərinin – rəqəmsal simvollaşdırma formalarının ortaya çıxmasını təmin edib.

Kitabın Səfa Qarayev tərəfindən yazılmış üçüncü hissəsində isə "Koroğlu" dastanı əsasında folklorun psixoanalitik kontekstdə öyrənilməsi yolları diqqət mərkəzində saxlanılıb. Bu fəsil psixoanalizin nəzəri müddəalarının folklor materialına tətbiqi əsasında yazılıb. Tədqiqatda psixoanalizin folklor araşdırmaları üçün "modifikasiya" olunmuş nəzəri müddəaları türk epos mədəniyyətinin ən geniş yayılmış nümunəsi olan "Koroğlu" dastanına həsr olunub. Etnik mədəniyyətdə qəhrəmanlıq impulslarının bütün gücünü özündə ehtiva edən "Koroğlu" dastanının Edip kompleksi kontekstində, "ata-oğul" konflikti müstəvisində diqqət mərkəzində saxlanılması epos qəhrəmanının mübariz ruhunun doğulmasının psixodinamikasını izləməyə imkan verməklə yanaşı, bu prosesi müşayiət edən mürəkkəb simvolların, mənaların aşkarlanmasına da şərait yaradır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.