Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
12.7.2017
AMEA Folklor İnstitutu
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

“GÖRKƏMLİ AZƏRBAYCAN FOLKLORŞÜNASI
MƏMMƏDHÜSEYN TƏHMASİB”

ELMİ KONFRANS
(Bakı şəhəri, sentyabr 2017-ci il)

2017-ci ildə folklorşünas alim Məmmədhüseyn Təhmasibin anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, araşdırılması sahəsində mühüm xidmətləri olan Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycanın tarixi, coğrafiyası və etnoqrafiyası haqqında geniş məlumata malik olmaqla yanaşı, xalq ədəbiyyatının öyrənilməsi sahəsində böyük xidmətləri olan alimin tədqiqatları bu gün də öz dəyərini qoruyub saxlamaqdadır.
Professor Məmmədhüseyn Təhmasib ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmlərinin ssenarilərini yazmışdır. "Bahar", "Aslan yatağı", "Çiçəklənən arzular", "Hind nağılı", "Rübailər aləmində" və başqa pyes-nağılları respublikanın teatrlarında tamaşaya qoyulmuşdur. O, 1946-1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır.
“Azərbaycan folkloru kursu”, “Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar)”, “Azərbaycan xalqının qəhrəman oğulları”, “Çiçəkli dağ (nağıl-pyes)”, “Azərbaycan xalqının dastanları” və s. kitabların müəllifidir.
M.Təhmasibin “Azərbaycan xalq dastanları (orta əsrlər)” və “Məqalələr” adlı kitabları folklorşünaslığımızın ən dəyərli əsərləri sırasındadır. 2010-2011-ci illərdə Slavyan Universiteti tərəfindən Məmmədhüseyn Təhmasibin seçilmiş əsərləri iki cilddə nəşr edilmişdir.
M.Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur.
Hörmətli alimin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə 2017-ci ilin sentyabr ayında “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirməyi planlaşdırır. Arzu edənlər Məmmədhüseyn Təhmasibin folklorşünaslıq fəaliyyətini əks etdirən məruzələrlə konfransda iştirak edə bilərlər.


KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Sədarət:

Akad. İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Akad. Teymur Kərimli – AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Akad. Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru

Elmi heyət:


AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev - AMEA Folklor İnstitutunun şöbə müdiri
AMEA-nın müxbir üzvü, prof. Nüşabə Araslı - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Məmməd Əliyev - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini
Fil.ü.e.d., prof. Məhərrəm Qasımlı - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Tahirə Məmməd - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Füzuli Bayat - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Ramazan Qafarlı - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Seyfəddin Rzasoy - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d., prof. Nailə Rəhimbəyli - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. Əfzələddin Əsgər - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.e.d. İslam Sadıq - AMEA Folklor İnstitutunun elmi işçisi
Fil.ü.f.d. Elxan Məmmədli - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Ağaverdi Xəlil - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. İlkin Rüstəmzadə - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Elçin Abbasov - AMEA Folklor İnstitutunun elmi katibi
Fil.ü.f.d., dos. Afaq Ramazanova - AMEA Folklor İnstitutunun şöbə müdiri
Fil.ü.f.d., dos. Əziz Ələkbərli - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi
Fil.ü.f.d., dos. Rza Xəlilov - AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil - AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Fil.ü.f.d., dos. Fidan Qasımova - AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Katiblik:

Gülnar Osmanova – AMEA Folklor İnstitutunun böyük elmi işçisi
Nigar İmaməliyeva – AMEA Folklor İnstitutunun böyük laborantı


MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 07 sentyabr 2017-ci il tarixinə-dək tehmasib.folklor@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 10 sentyabr 2017-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 2017-ci ilin sentyabr ayında gerçəkləşdiriləcəkdir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

• Özətlər 150-200 sözdən ibarət olmalıdır.
• Özət və məqalələr e-mail (tehmasib.folklor@mail.ru) ilə göndərilməlidir.
• Məqalələr kitabda nəşr ediləcək.
• Yazı: Microsoft Office Word, Kağız: A4.
• Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5
• Yazı Puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.
• Məruzə 12 şrift ölçüdə.
• İnterval 1,5.
• İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməli, məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə (Azərbaycan, rus, ingilis) xülasə və açar sözlər verilməlidir.
• Konfrans haqqında məlumatı və anket formasını www.folklor.az səhifəsindən əldə etmək olar.
• Konfransda iştirak etməyənlərin məruzələri çap olunmayacaqdır.
• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.
• Hər bir məruzəçi üçün maksimum 20 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.
• Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.
• Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.
• Konfransda iştirak etmək istəyənlərin yol və otel xərcləri özlərinə aiddir.

ÖZƏT GÖNDƏRMƏ FORMASI (ENDİR)

 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.