Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
22.6.2017

“MOLLA PƏNAH VAQİF VƏ FOLKLOR”
MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB

İyunun 21-də AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Molla Pənah Vaqif və folklor” mövzusunda Respublika Elmi-Praktik Konfransı keçirilib. Konfransı giriş sözüylə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncam imzaladığını, bu məqsədlə AMEA-da tədbirlər planının hazırlandığını və ilin sonuna kimi belə tədbirlərin keçiriləcəyini vurğulayıb. Qeyd edib ki, Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyləri keçirilib. 1982-ci ildə Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub.

300 illik yubileylə əlaqədar Molla Pənah Vaqifin adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini xatırladan akademik İsa Həbibbəyli TÜRKSOY təşkilatına üzv dövlətlər tərəfindən bu ilin “Molla Pənah Vaqif ili” elan olunmasını da mühüm əhəmiyyətə malik ədəbi-tarixi hadisə kimi qeyd edib. Molla Pənah Vaqifi öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi səciyyələndirən İsa Həbibəyli bildirib ki, şair bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına əsaslı təsir göstərib. Akademik İsa Həbibbəyli Vaqifin böyük şair olaraq yetişməsində 16-17-ci yüzillər Azərbaycan ədəbiyyatı nümayəndələrinin – S.Təbrizi, Q.Təbrizi, A.Şirvani və b. mühüm rolu olduğunu diqqətə çatdırıb, onun novatorluğunun milli zəmin üzərində boy atdığını bildirib.

O, Ədəbiyyat İnstitutunda bu istiqamətdə yeni tədqiqatların başlandığını, bununla da Vaqifin daha dərindən öyrəniləcəyinə əminliyini bildirib. Vaqifin ədəbiyyatımıza gətirdiyi özünəməxsus yeniliklərdən danışan akademik onun xalq ədəbiyyatının, eyni zamanda klassik ədəbiyyatın imkanlarından bəhrələndiyini, Azərbaycan ədəbi dilinin yaradıcısı olduğunu, şifahi ədəbiyyat janrlarını yazılı ədəbiyyatla doğmalaşdırdığını, realist ədəbiyyatın gözəl nümunələrini yaratdığını bildirib.


AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov ədəbiyyatşünaslıqda Vaqif yaradıcılığına münasibətin müəyyən məqamlarına yenidən yanaşılmasının zəruriliyinə (türk xalqlarının ortaq ədəbi-mədəni dəyəri olaraq Yunis İmrə və Xətayi yaradıcılığındakı xalq şeiri ənənələrinin qarşılıqlı tədqiqi, ümumtürk ədəbiyyatına təsiri və b.) diqqət çəkib.


Muxtar Kazımoğlu-İmanov vurğulayıb ki, Vaqiflə Vidadinin yetişdiyi mühitdə aşıq ədəbiyatı güclü olub. Vaqif özündən əvvəlki sənətkarlara dil, forma etibarilə bağlı olsa da, əruz vəzninin klassik şeir şəkillərini aşıq ədəbiyyatına yaxınlaşdırıb.
Molla Pənah Vaqifin yaradıcılığının əsas cəhətlərinə diqqət çəkən Muxtar Kazımoğlu-İmanov onun şux şeirləri ilə yanaşı, xüsusən ömrünün sonunda yazdığı zəmanədən şikayət ruhlu əsərlərinin təsadüfi yaranmadığını qeyd edib. Son şeirlerindəki qəm-qüssə ovqatının əvvəlki şeirlerində də hiss olunmasına diqqəti cəlb edib, zövqü səfa şairinin tənhalıgından söhbət açıb.


AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev “Molla Pənah Vaqif realizmi və folklor” adlı məruzəsində Vaqif realizminin xalq düşüncəsinə bağlılığı məsələsinə toxunub, fikrinə misallarla aydınlıq gətirib.
AMEA Folklor İnstitutu “Musiqi folkloru” şöbəsinin müdiri, sən.ü.e.d., prof. Nailə Rəhimbəyli “Molla Pənah Vaqif yaradıcılığı və xalq musiqisi” adlı məruzəsində Vaqifin yaradıcılığının həmişə aşıq və bəstəkarlarımızın ilham mənbəyinə çevrildiyini vurğulayıb, bunun səbəbini onun şeirlərinin melodikliyində gördüyünü bildirib.


AMEA Folklor İnstitutu “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.e.d. İslam Sadıq “Molla Pənah Vaqif irsi və 19-cu əsr Azərbaycan aşıq şeiri” mövzusunda məruzəsində Vaqif irsinin özündən sonrakı aşıq şeirinin məşhur nümayəndələrinə göstərdiyi güclü təsirdən danışıb.
Akademik Muxtar Kazımoğlu-İmanov açılış toplantısını yekunlaşdırıb, məruzəçilərə təşəkkür bəlgələrini təqdim edib.
Fasilədən sonra 3 bölmədə konfrans işini davam etdirib. Sonda məruzəçilərə təşəkkür bəlgələri təqdim edilib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.