Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
22.6.2017

AKADEMİK KAMAL ABDULLANIN “KİTABİ-DƏDƏ QORQUD” POETİKASINA GİRİŞ” KİTABININ MÜZAKİRƏSİ KEÇİRİLİB

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə iyunun 20-də M.Füzuli adına Əlyazmalar İns-titutunda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş-dialoq keçirilib. Tədbirdə alimin yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı geniş müzakirə olunub.


AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov tədbiri açaraq “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsərinin elmi məziyyətlərini dəyərləndirib: “Bu kitabın ən böyük məziyyəti, alimin “Dədə Qorqud”la bağlı əvvəlki kitablarından fərqi tədqiqat müstəvisinin dəyişməsində ortaya çıxır. Kamal Abdulla bizi uzaq keçmişdə saxlayır, müstəvini tarixəqədərki dövr olaraq nişan verir, bizi tarixdən sonrakı zamana buraxmaq istəmir. Bu, mifin ilk işartılarının yarandığı dövrdür. O müstəvidə “Dədə Qorqud”u araşdırmaq və oxucunu buna inandırmaq son dərəcə çətindir. Çünki o müstəviyə aid detalları, ünsürləri tapıb ortaya qoymaq lazımdır. Kamal Adbulla bu kitabında filoloqlarla yanaşı, filosofların, təbiətşünasların, klassik və müasir dövrün fiziklərinin fikirlərinə istinad edir. Ona görə ki, kainatın yaranması, təbiətdəki hadisələrlə mətnlərin, deyimlərin yaranması arasında oxşarlıq tapır. “Möhtəşəm partlayış” deyilən anlayışın “Dədə Qorqud”la müqayisəsi, mənə elə gəlir, o müstəvinin möhkəm əsaslar üzərində qoyulmasında bizə yardımçı olur. Kosmoloji dediyimiz dövrdə söz hansı mənanı daşıyıb? Dil hansı funksiyanı daşıyıb? “Dədə Qorqud”da baş alıb gedən söz, səs təkrarının səbəbi nədədir? Bütün bu suallara müəllif inandırıcı cavablar verə bilir”.


Kitabda bəhs olunan “dünya mağarası” anlayışına da münasibət bildirən akademik Muxtar Kazımoğlu-İmanov vurğulayıb ki, “Dədə Qorqud” qəhrəmanlarını “mağara”da təsvir və təsəvvür etmək çətin olsa da, ruh etibarilə o qəhrəmanlar mağara ruhunu yaşayan və daşıyan qəhrəmanlardır. Homerin dastanlarında da o ruh var. Bu ruhu Kamal Abdulla “Dədə Qorqud”da axtarıb və bu qənaətə gəlib ki, bu dastan dünyanın ən qədim dastanlarıyla bir yerdə ibtidai insanın mağaradan çölə hazırlanma dərslərini əks etdirir.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə qeyd edib ki, akademik Kamal Abdullanın yaradıcılığında “Kitabi-Dədə Qorqud” mövzusu həmişə mühüm yer tutub. “Kamal Abdulla dastanın mifoloji qatını aydın görür. O, “Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə “Sintaktik paralelizm” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Alimin qorqudşünaslığa dair “Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya – yaxud Gizli Dədə Qorqud” kitabları nəşr edilib. “Kitabi-Dədə Qorqud” poetika-sına giriş” kitabını dastanşünaslıq, dastan nəzəriyyəsi sahəsində tədqiqatların yeni mərhələsi hesab edirəm”.


AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, bütöv bir dövrün poetikasını işləmək asan iş deyil. “Bu kitabda xaosdan kosmosa keçid məsələsi əsaslandırılıb. Kitabda “Dədə Qorqud” poetikasına tam yeni bir yanaşmanın şahidi oluruq”.


AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, İqtisadiyyat İnstitutunun direktoru, iqt.ü.e.d., prof. Nazim İmanov, AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri , fil.ü.e.d. Tahirə Məmməd, AMEA Fəlsəfə İnstitutunun “ İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi” şöbəsinin müdiri, fəl.ü.e.d., prof. Füzuli Qurbanov, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqt.ü.f.d., dos. Rəsmiyyə Abdullayeva, AMEA-nın elmi katibləri – fil.ü.f.d., dos. Sərxan Xavəri, fil.ü.f.d. Hikmət Quliyev, fil.ü.f.d. Səfa Qarayev və b. çıxış edərək kitabın məziyyətləri haqqında fikirlərini bölüşüb, müəllifə onları düşündürən məsələlər barədə suallar veriblər.


Akademik Kamal Abdulla iştirakçıların çoxsaylı suallarını cavablandırıb, kitabda maraq doğuran məqamlar üzərində dayanıb.
Tədbiri yekunlaşdıran akademik Muxtar Kazımoğlu-İmanov akademik Kamal Abdullaya təşəkkürünü bildirib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.