Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
20.6.2017

Folklor İnstitutu Elmi Şurasında 2017-ci ilin I yarısı üçün
elmi və elmi-təşkilat fəaliyyəti barədə hesabat müzakirə olunub

İyunun 19-da AMEA Folklor İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda AMEA Humanitar Elmlər Bölməsinin Büro üzvü, akademik Möhsün Nağısoylu da iştirak edib. İclası giriş sözüylə açan İnstitutun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanov gündəlikdə duran məsələlərlə Elmi Şura üzvlərini tanış edib.
İlk olaraq AMEA Folklor İnstitutunun 2017-ci ilin I yarısı üçün elmi və elmi-təşkilat fəaliyyəti barədə hesabatı dinlənilib. Hesabatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası İnstitutun yarımillik fəaliyyətində xüsusi ağırlıq təşkil edib. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasının, Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli və “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 11 may 2017-ci il tarixli Sərəncamlarının icrası istiqamətində konkret tədbirlər görülüb.


Aparılan elmi-tədqiqat işləri ilə bağlı vurğulanıb ki, 2017-cı ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu, 44 iş əsasında tədqiqatlar aparılıb. Onlardan, plana uyğun olaraq, 24-ü bu il tamamlanacaq. Folklor İnstitutunda 2017-cı ildə AMEA xətti ilə “Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar problemləri” (2016-2017) proqramı cərçivəsində işlərin davam etdirildiyi bildirilib.
Hesabatda göstərilib ki, Folklor İnstitutu ölkəmizin ali təhsil müəssisələri ilə əlaqələrini daha da genişləndirib. İnstitutun 10-dan artıq əməkdaşı Universitetlərdə (Sumqayıt Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Avrasiya Universiteti, İqtisad Universiteti və s.) müqavilə və ya əvəzedici olaraq ədəbiyyat və folklorşünaslıq fənnlərini tədris edib.


Akademik Muxtar İmanov, “Musiqi folkloru” şöbəsinin müdiri sən.ü.e.d., professor Nailə Rəhimbəyli, “Mərasim folkloru” şöbəsinin müdiri, fil.ü.f.d. Ağaverdi Xəlil, “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, fil.ü.f.d. Nizami Muradoğlu, “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Fidan Qasımova, “Folklorun toplanması və sistemləşdirilməsi” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Aynur Cəlilova “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, , fil.ü.f.d. Tahir Orucov, “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Atəş Əhmədli, “Xarici əlaqələr” bölməsinin müdiri Əli Şamil ,“Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar, “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Nailə Əskər və başqaları xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişlər.
2017-ci ilin I yarısında İnstitutun nəşr etdiyi toplular və elmi araşdırmaların mətni İnstitutun www.folklor.az saytında yerləşdirilib. Folklor İnstitutunun 2 elmi jurnalının – «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» saytı (www.tedqiqler.net və www.dede-qorqud.net) fəaliyyət göstərib. İnstitutun www.folklor.az saytının materialları Azər-baycan dili ilə yanaşı ingilis dilində də yayımlanıb; Folklor İnstitutunun facebook səhifəsi, eləcə də ayrı-ayrı şöbələrin facebook səhifələri yaradılıb, https://www.youtube.com - da “Folklor İnstitutu” səhifəsi fəaliyyətə başlayıb. Institutun www.folklor.az saytında son illər nəşr olunan kitab və jurnalların, konfrans materiallarıının pdf. formatı yerləşdirilıb.


Yarım ildə aşağıdakı kitablar nəşr edilib:
1. Мухтар Иманов. Генезис и поэтика смеха в азербайджанском фольклоре. Баку, Элм ве техсил, 2017.
2. Kamran Əliyev. Çağdaş folklorşünaslığın problemləri. Bakı, Elm və təhsil, 2017.
3. Seyfəddin Qəniyev. Şirvanlı Aşıq Barat. Bakı, Elm və təhsil, 2017.
4. Tacir Qurbanov. Xəstə Zərnişanın könül dünyası Bakı, SkyG, 2017.
5. Nailə Əskər. İslam coğrafiyası və Azərbaycanda oyunlar. Bakı, Elm və təhsil, 2017.
6. Tovuz folklor örnəkləri. Bakı, Elm və təhsil, 2017.
7. Folklor və yazılı ədəbiyyat. II kitab. Bakı, Elm və təhsil, 2017.
8. Füzuli Bayat. Şamandan səmazənə: oyun və oyunçu. Bakı, Elm və təhsil, 2017.
9. Folklor və dövlətçilik düşüncəsi. II kitab. Bakı, Elm və təhsil, 2017.
10. Mətanət Abbaslı. Azərbaycan xalq şeirinin genezisi və poetikası. Bakı, Elm və təhsil, 2017.
11. Altay dastanları və əfsanələri. Tərcümə edəni: Şəkinə Qaybalıyeva. Bakı, Elm və təhsil, 2017.
Qeyd olunub ki, İnstitut yarım ildə çoxsaylı tədbirlər, o cümlədən 1 konfrans, 1 sessiya, 3 təqdimat mərasimi, 1 bayram tədbiri, 1 anım tədbiri həyata keçirib.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 18 aprel 2017-ci il tarixli iclasında yekdil qərarla Yayım Şurasının sədri seçilib.
2 may 2017-ci il tarixində AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərdə Folklor İnstitutunun direktoru, fil.ü.e.d., prof. Muxtar Kazımoğlu-İmanov “Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın həqiqi üzvü, Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Kamran Əliyev “Folklorşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçiliblər.


AMEA Folklor İnstitutu “Azsaylı xalqların folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı, şair Nizami Muradoğlu “Avropa Nəşr Mətbuat Evi” Mükafat Komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, “Kitabi-Dədə Qorqud” və müasir Azərbaycan poeziyası, Azərbaycan poeziyası və folkloru münasibətlərinin öyrənilməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, elmi-bədii-publisist kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə filologiya elminin inkişafında göstərdiyi xidmətlərə görə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
İclasda iştirak edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Folklor İnstitutunun 2017-ci ilin birinci yarısı üçün elmi-tədqiqat və elmi-təşkilat fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib.
Akademik Muxtar Kazımoğlu-İmanov qarşıdakı yarımildə də İnstitutun qarşıya qoyduğu məsələlərin həllində həmişə olduğu kimi inamla çalışacağına əminliyini bildirib. İnstitutun 2017-ci ilin I yarısı üçün elmi və elmi- təşkilat fəaliyyəti barədə hesabat qənaətbəxş sayılıb, yekdilliklə qəbul olunub.
Elmi Şurada cari məsələlərə də baxılıb. “Təhsil şöbəsi”nin müdiri Afaq Xürrəmqızının və “Türk xalqları folkloru” şöbəsinin aparıcı elmi işçisi Almaz Həsənqızının Elmi Şuraya daxil edilmələri, eləcə də doktorant Şəbnəm İsmayılovanın elmi rəhbərinin dəyişdirilməsi haqqında qərar qəbul olunub.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.