Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

KKTC DOĞU AKDENİZ UNİVERSİTESİ

«ORTAQ TÜRK KEÇMİŞİNDƏN ORTAQ TÜRK GƏLƏCƏYİNƏ»

VII ULUSLARARASI FOLKLOR KONFRANSI

Qazimağusa – KKTC, dekabr 2011-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun 2003-cü ildən ardıcıl olaraq düzənlədiyi «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» Uluslararası Folklor Konfransının altıncısı Bakı şəhərində 2010-cu ildə KKTC Doğu Akdeniz Universiteti ilə birgə keçirilmişdir. Türk dünyasının sözügedən iki elm qurumu artıq bir ənənə halını almış bu konfransın yeddincisini 2011-ci ildə KKTC Qazimağusa şəhərində keçirilməsini qərara almışdır. Konfransın məqsədi türk xalqları arasındakı tarixi əlaqələri bir daha nümayiş etdirmək, Avrasiyada baş verən hadisələrin mədəniyyətimizdəki və folklorumuzdakı təsirini elmi baxımdan araşdırmaq, bu araşdırmaların nəticəsində əldə edilən yeni bilgi, yorum və nəticələri türk və dünya alimlərinin nəzərinə çatdırmaqdır.
Konfransa Türk xalqlarının folkloru və folklorşünaslığın aktual problemlərini araşdıran mütəxəssislər, ümumiyyətlə, Türk xalqlarının dili və folkloru ilə məşğul olan tədqiqatçılar qatıla bilər.
Bu il konfransın mövzusu «Türk nağılları: dil, mədəniyyət və dəyərlər» kimi müəyyənləşdirilmişdir. Konfransa təqdim olunacaq materiallar aşağıdakı yarımbaşlıqlara uyğun olmalıdır:
1. Türk mədəniyyətini və dəyərlərini özündə yaşadan nağıllar
2. Türk nağıllarının dil özəllikləri
3. Türk nağıllarının qonşu xalqlara təsiri
4. Yazılı ədəbiyyata Türk nağıllarının təsiri
5. Türk dili və Türk mədəniyyəti
Konfransda iştirak etməyi arzu edənlər qatılım formasını dolduraraq məruzənin tezisləri ilə birlikdə 01 oktyabr 2011-ci il tarixinə qədər Konfransın təşkilat komitəsinə təqdim etməlidirlər.

Konfransın təşkilat komitəsi
KKTS Doğu Akdeniz Universiteti
AMEA Folklor İnstitutu

Qaydalar
1. Qatılım Formu doldurularaq 1 oktyabr 2011-ci il tarixinə qədər tezislə bir yerdə Təşkilat komitəsinə göndərilməlidir. Məruzənin tam mətni isə 15 noyabr 2011-ci il tarixinə qədər göndərilməlidir.
2. Göndərilən tezislər dəyərləndirmə heyəti tərəfindən dəyərləndiri-lərək müəllifə məlumat veriləcəkdir.
3. Konfransa göndəriləcək tezislər A4 formatında 2 səhifə, məruzələr isə 15 səhifəni keçməmək şərti ilə Word proqramında Times New Roman şrifti 14 punto ilə yazılmalıdır. Bu qaydalara uyğun olmayan yazılar qəbul edilməyəcəkdir.
4. Dəyərləndirmədən keçməyən materiallar geri qaytarılmayacaqdır.
5. Məruzə və tezislər Türkiyə türkcəsi, Azərbaycan, ingilis və rusca yazıla bilər.
6. Qatılım formunu və materialları conference_masal@yahoo.com ünvanına göndərmək lazımdır.
7. Konfrans barədə məlumatı və qatılım formunu http://turcologysymposium.org/?bolum=anasayfa və www.folklorinstitutu. com səhifələrindən əldə edə bilərsiniz.

Qatılım Formu

Adı , soyadı :

 

Təşkilat :

 

Vəzifəsi :

 

Poçt ünvanı :

 

Telefon :

 

Fax :

 

Elektron poçtu ( e-mail )

 

Ölkə :

 

Qısa tərcümeyi - hal, ən mühüm əsərlərinizin siyahısı, nəşr ili, yeri (500 işarəni keçməmək şərti ilə )  

 

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.