Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
2.6.2017

GƏDƏBƏY FOLKLOR ÖRNƏKLƏRİ

AMEA Folklor İnstitutunda yeni kitab – “Gədəbəy folklor örnəkləri”nin 1-ci cildi çapdan çıxıb. Kitabın tərtibçiləri AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və filologiya üzrə fəlsəfə doktoru Səbinə İsayeva, “Ön söz”ün müəllifi Muxtar Kazımoğlu-İmanovdur. Mətnlərin toplayıcıları akademik Muxtar Kazımoğlu-İmanov, Folklor İns-titutunun əməkdaşları Elçin Qaliboğlu (İmaməliyev), Zəfər Fərhadov, Ramiz Ələkbərov, Aynur Qəzənfərqızı, həmçinin Ramin Allahverdiyev və Gülnarə Tahirovadır. Kitab Gədəbəy şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən müxtəlif illərdə toplanmış folklor mətnlərini əhatə edir.
Kitab “Mifoloji mətnlər” və “Rəvayətlər” bölümləri ilə başlayır. Kitabdakı nümunələr arasında nağıl və lətifələr daha çox üstünlük təşkil edir. Kitaba bölgədən toplanmış sehrli nağıllar, dini və məişət nağılları daxil edilmişdir. “Lətifələr” bölümünə Molla Nəsrəddin lətifələri ilə yanaşı, Gədəbəyin baməzə adamları haqda lətifələr də salınmışdır.
Gədəbəydə aşıq sənətinin xüsusi yeri vardır. Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşü, Aşıq Ələsgərin Naxçıvan və Xınna səfərləri haqda rəvayətlərin kitaba yeni variantları daxil edilmişdir. Bundan başqa kitabda Növrəs İmanla bağlı heç yerdə çap olunmamış mətnlər də öz əksini tapıb.
Kitabdakı materialların bir qismi də etnoqrafik mətnlərdir. Toy və yas adətləri, yağış, külək kəsdirmə, yağış yağdırma, ilan ağzı, qurd ağzı bağlama və digər mərasimlərlə bağlı mətnlər bu bölümdə yer alıb.
Bundan başqa kitaba “Bayatılar”, “Sayaçı sözləri”, “Tapmacalar”, “Atalar sözləri və məsəllər” kimi janrlar da daxil olunub.
Kitabın daha bir özəlliyi bölgəyə aid dialekt və şivə xüsusiyyətlərinin qo-runub saxlanmasıdır.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.