Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
1.6.2017

AKADEMİK KAMAL ABDULLANIN "KİTABİ-DƏDƏ QORQUD" POETİKASINA GİRİŞ”
KİTABININ MÜZAKİRƏSİ KEÇİRİLİB

Mayın 31-də, Alimlər Evində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü, yazıçı Kamal Abdullanın gənc alimlərlə görüşü və yeni çapdan çıxmış “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının müzakirəsi keçirilib. Görüş AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə baş tutub. Tədbirdə həmçinin AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov da iştirak ediblər.


AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov akademik Kamal Abdullaya onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. O, gənclərə Kamal Abdullanın ictimai-siyasi, bədii və elmi fəaliyyəti, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqi¬qatları haqqında məlumat verib. Bildirib ki, onun “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Gizli Dədə Qorqud” əsərləri rus, türk, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, yapon və digər dillərə tərcümə edilərək dünyada geniş oxucu kütləsi toplayıb. Bu günlərdə isə alimin “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabı işıq üzü görüb.


Gənclərlə görüşdən məmnunluğunu ifadə edən akademik Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib, müxtəlif janrlarda yazdığı bədii əsərlərindən söz açıb. Alim Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas konturları, multikulturalizmin Azərbaycan modelinin tədqiqi istiqamətləri və bu modelin örnək model kimi dünyada təbliği prosesindən də danışıb.
Kamal Abdulla Azərbaycan xalqının ən böyük mənəvi xəzinəsi olan “Kitabi-Dədə Qorqud”la bağlı düşüncələrini bölüşüb, qeyd edib ki, “Kitabi-Dədə Qorqud” bizim mənəvi beşiyimiz sayılır və bu epos iki ədəbiyyat növünü – qədim və yeni növləri özündə birləşdirən nadir anaxronik nümunələrdəndir.


Müəllif onu da bildirib ki, yaxın gələcəkdə “Kitabi-Dədə Qorqud” poetikasına giriş” seriyasından daha iki kitabın yazılması nəzərdə tutulur. Bu kitab “Dansökülən variant” adlanır, gələcək variantlar isə “Günortac” və “Qürub” adlanacaq.
Əsərlə bağlı çıxışlarda akademikin yeni əsərinin elmi məziyyətlərindən söz açılıb. Vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” poetikasına giriş” müəllifin “Gizli Dədə Qorqud” əsərinin məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşmalar təqdim edilir. Bu yanaşmalar “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə sahib olan mətnlərin bədiilik qatının immanent təhlil üçün açar ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Kitab mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika istiqamətində çalışanlar üçün dəyərli mənbədir.
Sonda akademik Kamal Abdulla gənc alimləri maraqlandıran sualları cavablandırıb, iştirakçılara təşəkkürünü bildirib, görüş iştirakçılarına yeni kitabını hədiyyə edib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.