Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 

Bəxtiyar Tuncay (Bəxtiyar Şahverdiyev)
www. Tuncay 60 @ email. ru.

AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏSKİ MİFİK TƏSƏVVÜRLƏRİNİN, FOLKLORUNUN VƏ BƏZİ ADƏTLƏRİNİN “BİLQAMIS” DASTANINDAKI İZLƏRİ

1. Məsəlnin qoyuluşu.

Folklorşünas alimlərimizin gərgin əməyi sayəsində ötən əsrdən etibarən ölkəmizin müxtəlif bölgələrindən son dərəcə zəngin folklor materialı toplansa da, bu materialın təşəkkül dövrlərinin müəyyənləşdirilməsi, xüsusən də onların Şumer mətnləri ilə tutuşdurulması istiqamətində olduqca az iş görülmüşdür. Fikrimizcə, məsələnin bu şəkildə qoyuluşu folklorşünaslığımız qarşısında yeni üfüqlr aça bilər. Bu isə öz növbəsində yeni tədqiqat istiqamətlərini müəyyən edər.
2. İşin məqsədi.
Bu məqalədə məqsəd Azərbaycan ərazisindən toplanılan və ən azı son Eneolit-erkən Tunc dövrünə aid olduğuna heç bir şübhə olmayan materialın daşıdığı informativ yükü qədim Şumer mifologiyası əsasında şərh etməklə, şifahi xalq ədəbiyyatımızın köklərinin çox- çox qədimlrə uzandığını, bu yolla mənəvi mədəniyyətimizin də maddi mədəniyyətimiz qədər qədim olduğunu sübut etməkdir. Lakin bu yeganə məqsəd deyil. Əgər deyilənə nail olunarsa, Azərbaycann Eneolit dövrü əhalisinin pratürklər olduğu sübut edilmiş olar ki, bu da məqaləmizin ən əsas hədəfidir.
3. İşin elmi nəticəsi.
“Bilqamıs” dastanının Azərbaycan və ümumtürk folklor materialı ilə tutuşdurulması bizə ölkəmizin ərazisinin əzəldən ən qədim Türk Yurdu olduğunu, pratürklərin bu ərazidə zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaratdığını, yas və ovsun folklorunun mədəniyyət və ədəbiyyatımızın ən qədim layını təşkil etdiyini, eyni zamanda o dövrün şfahi ədəbiyyat nümunələrinin, eləcə də onun terminoloji lüğət fondunun dövrümüzədək dəyişmədən və ya cüzi dəyişiklərlə gəlib çıxdığını söyləməyə əsas verir. Bu, gəldiyimiz əsas nəticədir.
4. İşin elmi yeniliyi.
İşin elmi yeniliyi tədqiqatın metodundadır. Fikrimizcə, məsələyə məhz bu kontekstdən yanaşma gələcəkdə filologiya elmində tamamilə yeni bir istiqamətin doğmasına gətirib çıxara bilər.
5. İşin tətbiqi əhəmiyyəti.
Əgər sonrakı tədqiqatlar eyni nəticəni verərsə, gələcəkdə bölgələrə folklorşünas, etnoqraf, dilçi və arxeoloqların birgə eksprdisiyalarının təşkili zərurəti yarana bilər. Gəlinən nəticələr bu ekspedisiyalar üçün “yol xəritəsi” rolunda çıxış edər.

Xülasə

Bu məqalədə Azərbaycanın erkən Eneolit - son Tunc dövrü əhalisinin müxtəlif folklor abidələrində qorunaraq dövrümüzədək ulaşmış mifik təsəvvürlərinin, folklor nümunələrinin və bəzi adətlərinin “Bilqamıs” dastanndakı izlərindən barədə danışılır.
Açar sözlər: Son Eneolit – erkən Tunc dövrü, mifik təfəkkür, folklor, adət-ənənə

Резюме

В этой статье говорится о мифологическом мировоззрении, фольклоре и некоторых традициях населения Азербайджана эпох позднего Энеолита.и ранней Бронзы, отраженных в древнешумерской легенде о Гльгамеше.
Ключевые слова: Эпоха позднего Энеолита и ранней Бронзы, мифологическое мировоззрение, фольклор, традиция.

Son Eneolit-Erkən Tunc dövrlərinin fenomenal hadisəsi olan Şumer mədəniyyətini yaratmış xalqın dili ilə türk dilləri arasında bir sistem təşkil edən paralellər dilçilərin nəzərini çoxdan cəlb etmişdir (1. 58-59; 2. 6-7; 3. 5-6; 4. 195-203).
Qədim Şumer mətnləri, ilk növbədə də “Bilqamıs” dastanı şumerlərin əski mifləri və adət ənənələri barədə geniş təsəvvür yaratdığı kimi, Azərbaycan türklərinin əski mifik təsəvvürlərinin, bəzi folklor nümunələrinin və adət ənənələrinin ən azı Son Eneolit-Erkən Tunc dövrlərinə qədər uzanan köklərini üzə çıxarmağa da yardımçı olur. Bəzi faktları nəzərdən keçirək.
Məlum olduğu kimi, qədim türk dilində “uçmaq” feli “ölmək” felinin si-nonimi kimi işlənmişdir. Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb. Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə deyilir: Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım, yəni xaqan atam öləndə səkkiz yaşımda idim. 24-cü sətirdə isə deyilir: Ecüm kağan uca bardı. (Xaqan əmim öldü) (5. 73).
Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində,şimal tərəfinin 1-ci sətrində,eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu (5. 103), qərb tərəfinin 2-ci (5.104), Moyunçur abidəsinin 12-ci (5. 146) sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır ki, qədim türk dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlinməkdədir.
İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən "uçmaq" termini təktan-rıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.
Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə, yəni Tunc dövründə qələmə alınmış "Bilqamıs" dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun bunu Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:
"Gecə öz yatağına tənha uzanan zaman,
Enkidunun içinə bir ağrı doldu yaman.
O, dərdini açaraq öz dostuna söylədi,
"Gecə yuxu görmüşəm, əziz dost, eşit, - dedi ,-
Göylər haray salırdı, nida qalxırdı yerdən,
Onların arasında dayanmışdım təkcə mən.
Bir də bir adam vard , tutqun idi üz-gözü,
Mən fırtına quşuna bənzətdim onu, düzü.
İti caynağı vardı, qartal kimi qanadı,
Saçımdan yapışaraq göz açmağa qoymadı.
Onu vurdum, tullanıb tez sıçradı kənara,
Sonra o məni vurdu, o dəm sağaldı yara.
Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı.
Ağır məngənə kimi başımı bərk sıxdı.
Dedim "Məni xilas et!" Sən xilas edəmmədin,
Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.
O mənə toxunaraq, məni quşa çevirdi,
Qanad taxtı çiynimə, adəti quş qanadı.
Üzümə baxdı, baxdı, sonra məni apardı,
İrkallanın evinə-zülmət evinə vardı." (6.60-61).
Başqa bir faktı nəzərdən keçirək. Folklorşünas alim B. Abdullayevin yazdığına görə, qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını,ömrünü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələrdən olması barədə miflər var. (7.112).
Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:
"Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya "yuq" deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı... Ölünü ağlamaq,cənazəsi üstündə saç yolmaq adət halını almışdı."(8.392).
Maraqlıdır ki, qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcud-dur. Əlbəttə ki, söhbət "Bilqamıs dastanı"nda söylənilənlərdən gedir:
" O kəslər ağlayar ki, qədim adamlar kimi
səninlə öyünərdi,
O kəslər ağlayar ki, sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına ətir-yağ çəkən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar,
Canına zeytun sürtən yava qadın ağlayar,
Sənin məsləhətinlə özünə arvad tapıb,
Nigah otağına ilk qədəm basan ağlayar,
Qardaşların ağlayar, bacı kimi hay salar,
Yaslara batar tamam, nalə çəkib saç yolar!" (6.64).
Nəsir Rzayevin yazdığına görə, Tunc və Dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dolmenlərdən də söhbət etmək lazımdaır. Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür. Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir. Bu qəbirlər tək, ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur. Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır:
"Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır.Buna misal olaraq Şamaxıdakı “Dədə Günəş”pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar.Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.
Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır.Günəş Azərbaycanın ən qədim kultlarındandır. Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı.” (9.13).
Eneolit və Tunc dövrlərndə metala keçidlə əlaqədar insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir. Tapınma obyekti kimi çıxış edən realistik ölçülü öküz təsvirlərinin bol şəkildə yer aldığı Mezolit və Neolit dövrlərindən fərqli olaraq, həmin dövrdə artıq bu tip qayaüstü rəsmlərə rast gəlinmir. Bu isə o deməkdir ki, öküz artıq sitayiş obyekti olmaqdan çıxmışdı. Bunu o fakt da təsdiq edir ki, əgər Mezolit və Neolit dövrü insanlarının rasionunu nümayiş etdirən heyvan sümükləri arasında öküz sümüklərinə rast gəlinmirdisə, Eneolit dövrünə aid məskənlərdən tapılan sümük qalıqları içərisində iribuynuzlu heyvan sümüklərinə də rast gəlinir. Bu isə o deməkdir ki, həmin dövrdən etibarən öküzləri yeməyə başlamışlar (10. 83). Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir sözlə, öküz kultu yerini tədricən günəş kultuna vermişdi.
Eneolit və Tunc dövrlərində günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir. Bu baxımdan Şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:
““Dostum, mən də görürəm buğada çılğınlığı,
Bizi qorxuda bilməz onun bu azğınlığı.
O buğanı ikimiz bir yerdə öldürərik,
Mən onun ürəyini çıxardaram yerindən, Utuya apararam.
Buynuzuna zeytun yağı doldurub , Luqalbandaya çatdıraram.
Sən onun quyruğunun yapış yoğun yerindən,
Alnına,peysəinə xəncər vuracağam mən.”
Enkidu hərləyərək onun dalınca qaçdı,
Quyruğunun lap yoğun yerindən o yapışdı.
Bilqamıs öz dostunun igidliyini gördü,
Buğanın alnına, peysərinə xəncər vurdu.
Gətirdilər qoydular Utunun qarşısına,
Bir az kənarda durub, səcdə etdilər ona.”(6.51).
Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən danışarkən Azərbaycanda “Çoban daşı” adı ilə məşhur olan menhirlərdən də söz açmaq lazımdır.Dağ və dağətəyi zonalarda rast gəlinən,hündürlüyü təqribən 1metr və daha çox olan və şaquli şəkildə yerə basdırılan bu abidələrə ancaq qəbiristanlıqlarda təsadüf edilir.Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər Tunc dövründən sonra öz əhəmiyyətinin itimişdir. Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi abidələrdir. Maraqlıdır ki,tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. (9.12).
Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağlıdır. Bu tip daşların Eneolit dövründən başlayaraq ölülərin qəbri üzərində ucaldığını “Bilqamıs dastanı” da təsdiq etməkdədir:
“Ürəyini dinlədi, ürəyi vurmur daha,
O, dostunun üzünü örtdü gəlin tək.
Özü fırlanıb qartal kimi gəşt edirdi
Elə bil ki, balası tələyə düşən şirdi,
Qəzəblə var-gəl edib, ora-bura gedirdi.
Kətan kimi dartırdı, saçlarını yolurdu,
Paltarını didib, cırıq cındır olurdu.
Üfüqə səda düşüb ağaranda dan yeri
Bilqamıs ölkəsini çağırdı adbaad.
Misgərlər,dəmirçilər, daşyonanlar gəlirdi,
Heykəltaraşlar gəlir, daş qoyanlar gəlirdi.
-Dostum,sənə mən elə başdaşı düzəldəcəm,
Beləsini heç kəs dostuna düzəltməyib.
Saçı lacivərd, altı daşdan hörüləcək,
Üzü əhəngdən, özü altundan yonulacaq.” (6.65).
Nəsir Rzayev bildirir::
“Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır.
Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış. Menhirlərdə olduğu kimi, bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Göründüyü kimi,menhirlər ilə qədim türk heykəllərinin ideoloji əsası eynidir. Hər ikisi animistik təsəvvürə-ölümdən sonrakı əbədi həyat fəlsəfəsinə əsaslanır.” (9.12).
Bu gün Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə hesab olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs”dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir.Bu isə o deməkdir ki, yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var:
“Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o.
Sinəsinə yaraşan boyunbağı da asdı
Belinə qurşaq vurub,başına tac qoydu o.
İgidlərin ardınca bir cam təmiz su atdı.
Pillələrlə çıxıb o evin damına qalxdı.”(6. 32).
Rəşid Göyüşov deyir:
“Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə-pədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var. Otağın divarları gillə suvanmış,
üstündən isə ağ gillə şirələnmişdir. Hamar divarda həndəsi xarakterli naxışlar çəkil-mişdir.Bu bina çox güman ki, ovsun mərasimlərinin keçirilməsi üçün istifadə
edilmişdir. Daşdan və gildən düzəldilən insan fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir” (11.24).
Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqur-ları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, Eneolit dövrü sakinləri, eləcə də sonrakı dövrdə şumerlər bu gil heykəlləri günəş tanrısı Utuya qurban vermişlər:
“Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.
Sonra taxtadan böyük bir masa da çıxartdı.
Əqiqdən qayrılmış qabı balla doldurdu.
Lacivərddən düzəlmiş qabı yağla doldurdu.
Masanı bəzəyərək Utu üçün apardı.” (6.66)
Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal, yağ kimi yeməli şeylər apardığı kimi,Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş. Qeydə alın-mış “Qodu-Qodu” nəğmələri içərisində bal və yağın xatırlanması xüsusi maraq doğurmaqdadır:
“Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.
Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir,
Qoymayın ağlamağa” (12.47).
5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi, Azərbaycan türkləri də 20ci əsrin
ortalarınadək “Bal verin ballamağa,yağ verin yağlamağa”- deyərək “Qodu-Qodu” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.
Tanınmış rəssam və tədqiqatçı Elçin Aslan yazır:
“Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoy-maq, günəşi çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olunurdu.Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa,get-gedə ilkin önəmini itirmiş və 20-ci yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan hərəkətli, sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı-qapı gəzdirib,onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”, sonra yenidən “dirildirdilər.” (13.55)
Bütün bu faktlar qədim Azərbaycan və Şumer əhalisinin ortaq inanc sisteminə sahib olduqlarının təkzibedilməz sübutlarıdır.
Ədəbiyyat
1. Ahmet Cavat. Alfabenin menşeyi en eski türk yazısıdır. İstanbul, 1933.
2. Гуго Винклер. Западная Азия в древние времена. История человечества. Т. 3.СПб, 1903.
3. A. Məmmədov. Azərbaycan dilinin erkən tarixinə dair materiallar. Azərbaycan filologiyası məsələləri. 1. B., 1989.
4. O. Süleymenov. Aziya. B., “Azərnəşr”, 1993.
5. Ə. Rəcəbov, Y. Məmmədov. Orxon-Yenisey abidələri. B., “Yazıçı”, 1993.
6. Bilqamıs dastan. B., “Gənclik”, 1985
7. V.V. Vəliyev. Azərbaycan folkloru. B., “Maarif”, 1985.
8. Ə. Haqverdiyev. Seçilmiş əsərləri, ll c. B., 1957.
9. Azərbaycan incəsənəti. B., “Maarif”, 1977
10. Еще раз о культе быка в Азербайджане. Археология, этнология, фольклористика. Кавказа. Материалы конференции. Б., 2005.
11. R. Göyüşov. Azərbaycan arxeologiyası. B., “İşıq”, 1986.
12. Nəğmələr, inanclar, alqışlar. B., “Yazıçı”, 1986.
13. Elçin Aslanov. El-oba oyunu, xalq tamaşası. B., “İşıq”, 1984.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.