Əməkdaşlarımız II Beynəlxalq Hacı Bayram Vəli Simpoziumunda iştirak etmişlər
AMEA Folklor İnstitutunun əməkdaşları 03-04 may 2017-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində təşkil edilən "II Beynəlxalq Hacı Bayram Vəli Simpoziumu"nda iştirak etmişlər. Simpoziumda institutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Fidan Qasımova “Hacı Bayram Vəlinin nəsihətlərində insan və cəmiyyət”, “Folklorun toplanması və sistemləşdirilməsi” şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Aynur Cəlilova “XV-XVI əsrlər türk təsəvvüfü” adlı məruzə ilə çıxış etmişlər. Bu simpoziumda “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçisi Aytac Abbasova isə “Əhməd Yəsəvi və Hacı Bayram Vəlini birləşdirən ortaq fəlsəfə” adlı məruzə ilə iştirak etmişdir. Ankarada TOBB Konfrans Salonunda reallaşan simpoziumda Hacı Bayram Vəlinin həyatı, düşüncələri, təsir dairəsi, dil, ədəbiyyat və s. kimi bir çox mövzularda məruzələr dinlənilmişdir. Simpoziumda Türkiyə alimləri və xaricdən gələn çox sayda alim iştirak etmişdir. Burada Azərbaycandan olan alimlər prof. Nəsib Göyüşov “Bayramiyə və digər təsəvvüf məktəblərinin ortaq mənəvi-mədəni ölçüləri”, fil.ü.f.d., dos. Xuraman Hümmətova “Bayramiliyin ideya qaynağında Səfəviyyə təriqəti” adlı məruzələrlə çıxış etmişlər.




|