Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
25.5.2017

FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ƏRZİNCANDA
BEYNƏLXALQ ELMİ SİMPOZİUMUNDA İŞTİRAK ETMİŞLƏR



Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan folklorunun dünyanın digər xalqlarının folkloru, xüsusən də türk xalqlarının folkloru ilə qarşılıqlı əlaqədə öyrənilməsi üçün elmi və təşkilati işlərlə müntzəm olaraq məşğul olur. Bu baxımdan Folklor İnstitutunda mütamadi olaraq düzənlənən Uluslararası folklor simpoziumları, konfranslar və digər elmi tədbirlər mühüm əhəmiyyət daşıyır. İnstitut alimlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Gür¬cüstan, Tatarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Dağıstan və s. ölkələrdə keçirilən elmi tədbirlərdə iştirakını da bu sırada xüsusi olaraq qeyd etmək lazımdır. Bu tədbirlərdə Folklor İnstitutunun alimləri fəal iştirak edir, tədbirlərin sonunda çap edilən konfrans və simpozium materiallarında onların adları, məqalələri və tezisləri yer alır. Belə elmi tədbirlərdə türk xalqlarının folklorşünasları son illərin tədqiqatlarına yekun vurur, toplanmış elmi təcrübəni ümumtürk konteksində ümumi¬ləş¬dirirlər.
Belə tədbirlərdən biri də 2017-ci il may ayının 11-13-də Türkiyənin Ərzincan şəhərində Ərzincan Universitetinin, Dünya Axıska Türkləri Birliyinin (DATÜP) işbirliyi, Ərzincan Bələdiyyəsinin və TİKA-nın dəstəyi ilə Ərzincan Universitetin-də düzənlənən “Uluslararası Axıska Türkləri Simpoziumu” oldu. Simpozium Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans üç gün ərzində – 11-12-13 may tarixlərində Ərzincan Üniversitetinin iclas salonlarında baş tutdu.
Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, Türkiyənin və dünyanın 9 ölkəsindən 170-dən çox alim və tədqiqatçının tezis və məruzələri Simpoziumun təşkilat komitəsinə daxil olmuşdur. Dəyərləndirmə zamanı onlardan 135-nin 9 başlıq altında proqrama salınması məqsədəuyğun hesab edilmişdir. Simpozium proqramında türkiyəli alimlərlə yanaşı, doqquz xarici ölkədən olan tədqiqatçı alimlərin məruzələri yer almışdı. Azərbaycandan gələn nümayəndə heyəti 10 nəfərdən ibarət idi. Onlardan 3 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun alim və tədqiqatçıları:AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar idi. Onlarla yanaşı, Ərzincan Simpozyumunda Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, Naxşıvan Elmlər Akademiyasının əməkdaşları: Elxan Yurdoğlu(Məmmədov), Asəf Orucov, Bağır Babayev və başqaları da iştirakçılar sırasında idilər.

Simpozium öz işinə may ayının 11-də Ərzincan Universitetinin Böyük ic-las salonunda açılış (plenar) iclası ilə başladı. Simpozium Sayğı duruşudan sonra İstiqlal Marşının sədaları ilə açıldı. Simpoziumu giriş sözü ilə Ərzincan Bələdiy- yəsinin məsul işçisi Mehter Takım açaraq Simpozium iştirakçılarını təbrik etdi və Simpoziuma öz işində uğurlar arzuladı. Sonra Simpoziumda Ərzincan Valisi Ali Arslantaş, Çorum Millətvəkili ve TBMM İdarə rəisi Salim Uslu, Ərzincan Üniveristetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Üzümlü İlçesi Kaymakamı Fatih Acar, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov və başqaları çıxış edərək Simpoziuma dəvət olunmuş alimləri və tədqiqatçıları salamlamışlar. Çıxış edənlər Ahıska topraqlarının, Anadolu və Türkiyə üçün "açar olduğunu" qeyd edərək, oradan qovulan, yurdsuz-yuvasız edilən Ahıskalıları “qəhrəman” adlandırdılar. Onlar Simpoziumun bu cür geniş tərkiblə keçirilməsi-nin mühüm elmi-sosial əhəmiyyət daşıdığını xüsusi olaraq vurğuladılar.

Açılış iclasından sonra Simpozium iştirakçıları dörd salonda öz işlərini davam etdirmişlər. Simpozium iştirakçıları may ayının 12-də yenə eyni salonlarda fəaliyyətlərini davam etdirmişlər. Bu iclaslarda adı keçən ölkələrin tanınmış elm adamları ilə yanaşı, AMEA Folklor İnstitutunun alim və tədqiqatçıları da biri-birindən məzmunlu məruzələrlə çıxış etdilər. Həmin gün AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Axıska Türk Fıkralarının Başlıca Özellikleri”, Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli “Ahıska Türk Folklorunda Vatan Özlemi (Maniler -Bayatılar Esasında)” institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Qumru Şəhriyar “Аhıskаlı Âşık Sefi: Hayatı ve Sanatı” mövzusunda məruzə etdilər. Azərbaycandan gəlmiş digər iştirakçılar: Bakı Dövlət Universitetinin professoru Yeganə İsmayılova “Ahıska Türklərində “Koroğlu” Dastanı”, AMEA Ədəbiyyat İnstitutunun Gənc Alimlər Şurasınım sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva “Salkım Söğütlerin Gölgesinde” Romanı’nda Çatışma”, Naxçıvan Elmlər Akademiyasının əməkdaşları olan Elxan Yurdoğlu “Azerbaycandan Toplanmış Ahıska Türklerinin Manilerinde Facialı Yaşam Öyküleri”, Asəf Orucov “Nahçıvan ve Ahıska Türklerinde Adetler ve İnanclar”, Bağır Babayev “Eski Çarlık Rusiyasından Sovyetler Birliğinin Çöküşüne Kadarki Coğrafyada Yaşamış Ahıska Türklerinin Tarihi Kaderi ve Orada Azerbaycanın Yeri Hakkında” adlı məruzələrlə simpoziumda çıxış etdilər.
Mayın 12-də-günün sonunda Ərzincan Üniveristetinin rektoru Prof. Dr. İlyas Çapoğlu, Erzincan Valisi Ali Arslantaş, Dünya Axıska Türkləri Birliyinin (DATÜB) başqanı Ziyatdin Kassanov, DATÜB-ün baş katibi Fuat Uçar, Üzümlü İlçesi Kaymakamı Fatih Acar və başqalarının iştirakı ilə “Uluslararası Axıska Türkləri Simpoziumunun” bağlanış iclası keçirildi. Bağlanış iclasında bu beynəlxalq tədbirin işi dəyərləndirildi və Simpozium iştirakçılarına iştirakçı bəlgələri və hədiyyələr təqdim edildi.

Yüksək səviyyədə qarşılanaraq Ərzincan şəhərinin “Böyük Ərzincan oteli” və “Sinay otel” meh¬manxanalarında yerləşdirilmiş qonaqlar may ayının 13-də Ərzincan şəhərinin bir sıra görməli yerlərini, eləcədə Erğan dağını, “Girevli şəlaləsini” gəzdilər. Elə həmin gün Simpozyum iştirakçıları Ərzincanın Üzümlü ilçəsində yerləşdirilən Axıska türklərini ziyarət etdilər, oların həyat və məişəti ilə yaxından tanış oldular.
Axşama yaxın Ərzincan Simpoziumunun iştirakçılarınının bir hissəsi avtobuslarla Ərzincan şəhərinin mərkəzi avtovağzalına, digər bir hissəsi isə şəhərin hava limanına gətirilib öz vətənlərinə yola salındılar.

Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
tahiroruclu@gmail.com

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.