Azərbaycan Milli Elmlər Akademiyası
        FOLKLOR  İNSTİTUTU

 
 
Baş səhifə
   
 
STRUKTUR
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Musiqi folkloru şöbəsi
Təhsil şöbəsi
Folklor fondu
Azsaylı xalqların folkloru şöbəsi
Şəki bölməsi
Qazax-Borçalı bölməsi
Xarici əlaqələr bölməsi
Redaksiya-nəşr bölməsi
"İrs" folklor ansamblı
Folklor studiyası
Kadrlar şöbəsi
Mühasibatlıq
 
ELMİ İSTİQAMƏT
Araşdırmalar
Dissertasiyalar
İnnovasiya
Avtoreferatlar
Kitabxana
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folkor Külliyyatı
Qarabağ folkloru
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR




Sayğac
free counters
 
16.5.2017

Almaniyada “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda beynəlxalq konfrans keçirilib

Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük (10-11 may) beynəl¬xalq nəzəri-praktiki konfrans keçirilib. Azərbaycanın Gənc Dostları Klubunun ideyası əsasında gerçəkləşən konfransa “Logen Haus” sərgi zalında “Heydər Əliyev və gənclik” fotosərgisi ilə start verilib. Burada Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri – Litva Pedaqoji Univer¬sitetinin elmi işçisi Salomeya Lukayte və Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təqdimatında Ulu öndərin ömür yolunu əks etdirən xatirə fotoşəkilləri sərgilənib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev “Azərbaycan multikulturalizminin ədəbi-bədii, ictimai-siyasi qaynaq¬ları” mövzusunda məruzəsini təqdim edib. Qeyd edib ki, ayrı dinlərə və dillərə mənsub xalqlara qarşı hörmət duymaq, onlara səmimi dostluq münasibəti bəsləmək ilk klassiklərimizin, orta əsrlər və intibah dövrü şairlərimizin, maarifçi-demokrat yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda multikultural və tolerant dəyərləri yaşatmaq naminə multikulturalizmin ictimai-siyasi əsaslarını sistemli şəkildə işlədiyini deyən K.Abdullayev bildirib ki, bu istiqamətdə fərman və sərəncamlar, Konstitusiya bəndləri qəbul edilib.


AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov "Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm ideyaları" mövzusunda çıxış edib. Alim çıxışında multikultural ideyaların “Kitabi-Dədə Qorqud” dastanında, Azərbaycan folklorunun müxtəlif janrlarında – bayatılarda, atalar sözlərində, əfsanələrdə mövcud olduğunu söyləyib: “Dünya xalqlarının mifologiyasında mədəni qəhrəmanın ilahi mənşəyə bağlanması, sehrli qüvvələrlə əlaqələndirilməsi və haqq-ədalət təmsilçisi kimi təqdim edilməsi folkloru milli eqoizm kimi dar çərçivədən çıxarır. Forma baxımından son dərəcə milli olan folklor məzmunca ümumbəşəri mahiyyət daşıyır. Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”da aslan südü ilə bəslənən Basat; Qafqazın azsaylı xalqlarından olan ləzgilərin “Şarvili” eposunda gün işığından törəyən Şarvili; qırğız eposu “Manas”da almadan törəyən Manas; alman eposu “Nibelunqlar nəğməsi”ndə əjdahanı öldürüb qanında çimən Ziqfrid ilahi mənşə və sehrli qüvvələrlə bağlı qəhrəman kimi məğlubedilməzlik xüsusiyyəti qazanır və haqq-ədalət uğrunda mübarizə aparır. Bu məğlubedilməz qəhrəmanlar əjdaha, Təpəgöz və sair qeyri-adi varlıqlarla yanaşı, insanlarla da vuruşurlar”.


Akademik M.Kazımoğlu-İmanov BBMM tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını bu istiqamətdə aparılan mühüm araşdırma işi kimi yüksək qiymətləndirib.
Tədbirdə Maynz Universitetinin türkologiya fakültəsinin professoru Hendrik Buşotenin “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi”: müştərək təhlil təcrübəsi”, Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Volfun “Fridrix Rükert və Azərbaycan”, həmin universitetin tələbəsi Kristina Bossauer-Qroisin “Lev Nussimbaumun “Qərbi və Şərqi”, Bolqarıstanın Sofiya Universitetinin tələbəsi Momçil Şopovun “Orta əsrlər Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda məruzələri dinlənilib.
Sonra konfrans “Müqayisəli multikulturalizm” mövzusunda bölmə iclası ilə işini davam etdirib.
İclasın sonunda Azərbaycanın Gənc Dostları Klubunun üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Konfransın rəsmi bağlanış mərasimində akademik Kamal Abdullayev Azərbaycanın Gənc Dostları Klubuna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və Auqsburq Universitetinə tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.

           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008-2017.